cay

Bu çayla soyuqdəymədən qorunun

Baxış sayı: 475

avaların soyuduğu ərəfədə qrip ən çox rast gəlinən xəstəlikdir. Bunun üçün də orqanizmi sağlam tutmağa, virusdan qorunmağa çalışmaq lazımdır. Ədviyyatlar güclü mikrob, virus və iltihab əleyhinə təsirə malikdir.

MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin rəhbəri, ailə həkimi, terapevt Nərminə Abbasova deyir ki, soyuqdəymə zamanı ədviyyatlardan istifadə nəfəs yollarını selikdən və mikroblardan təmizləyir, boğaz ağrısını azaldır, xəstənin vəziyyətini yüngülləşdirir, sağalmanı tezləşdirir.

NERMUNE ABBASOVA

Mütəxəssis soyuqdəymə zamanı hazırlaya biləcəyiniz faydalı ədviyyatlı içki haqqında da hazırlaya danışdı:. “Kiçik termosa 1/2 ç.q. sarıkök, 1/2 ç.q. darçın, sürtgəcdən keçirilmiş zəncəfil kökü (3-4 sm uzunluqda), üzərinə yarım l isti su tökün, 1 saat termosda dəmləyin. Sonra dəmləməni yaxşı süzün və gün ərzində bir neçə dəfə yarım stəkan olmaqla ilıq halda için. Qəbul etdikdən əvvəl dəmləməyə bal və limon əlavə edin.”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir