geyim

Bu ilin payızının TREND RƏNGLƏRİ

Baxış sayı: 416

“Who What Wear” redaktoru Maxine Eggenberger 2022-ci ilin payızı üçün ən dəbli geyim rənglərini açıqlayıb.

“Gencaile.az” saytı xarici KİV-ə istinadən xəbər verir ki, o, səma mavisi, krem və çəhrayı çalarlar qarşıdakı mövsümdə populyarlaşacağını açıqlayıb.

Bu tonları müxtəlif modelyerlər şoularda təqdim edib və çoxlu pərəstişkar qazanıb. Bundan əlavə, şokolad çeşidindəki məhsullar aparıcı olmağa başlayacaq.

1990-cı illərin modası son kolleksiyalara təsir etməkdə davam etdiyindən, dizaynerlər arxivləri araşdıraraq bir vaxtlar ayrıseçkilik yaradan, lakin indi dəb dairələrində sevilən bir rəngi geri qaytarıblar. O rəng qəhvəyidir. Bu südlü şokoladın kölgəsi deyil – bu təmiz kakaodur.

Eyni zamanda, oxra, çəhrayı və qara rənglər, eləcə də metal rəngləri aktual olanlar sırasına daxil edilib.

Onun sözlərinə görə, bu payızda hamımız monoxrom qara paltarlar geyinəcəyik.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir