masin

“Bu şəxslər taksi fəaliyyəti ilə məşğul ola bilməz”: Vətəndaşların hüquqları niyə pozulur? – 2030-cu ilə qədər…

Baxış sayı: 183

“Hazırda yeni avtomobil bazarında hibrid krossover və mini krossoverlərə tələb artıb, ikinci əl avtomobil bazarında isə mühərrik həcmi 1500 kub sm həcmində olan sedan və heçbeklər populyardır”.

Bunu nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyir.

eldəniz cəfərov.jpg (73 KB)

Mütəxəssis bildirir ki, iyul ayı üçün bazarda fəallıq azalıb. İyun ayına nisbətən satışlar 10% az olub: 

“Aİ-95 markalı benzinin qiymətinin yüksəlməsi ikinci əl avtomobil bazarında dizel mühərrikli köhnə maşınlara marağı artırıb. Avtomobil istehsalçıları iyulun sonunda yeni maşınların qiymətini 2% civarında yüksəldiblər. Bunu ehtiyat hissələri və daşınma xidmətlərinin qiymətlərinin qalxması ilə əlaqələndirirlər. Təbii ki, bu artım Azərbaycana da təsir edib. Bununla yanaşı, bu gün Avropa spesifikasiyalı hibrid nəqliyyat vasitələrinin defisiti müşahidə edilir. İlin əvvəlində proqnozlaşdırdığımız kimi, həm qiymətlər 2% yüksəldi, həm də komfortlu hibrid maşınların qıtlığı yarandı. Lakin bu defisit uzunmüddətli olmayacaq. Bu ilin sonuna doğru avtomobil sənayesində artım gözlənilir”.

baaceb06-228e-3134-a074-cfbdce1eb5e9.jpg (252 KB)

Ekspert Azərbaycanda Çin istehsallı avtomobillərə maraqdan da danışdı:

“Bu maşınlar dizayn və qiymət baxımından daha cəlbedicidir. Son il ərzində sanksiyalar ucbatından Rusiyanın avtomobil sənayesi demək olar ki, çöküb. Bu ölkə komfortlu, müasir tələblərə cavab verən avtomobilləri istehsal edərək ixrac edə bilmir. Rusiya avtomobillərinin yerini Çin avtomobilləri tutub. Yaxın illər ərzində Çin avtomobilləri öz yerini möhkəmləndirəcək. Çin artıq iri avtomobil sənayesi ölkəsinə çevrilib. Bu ölkə nəinki Cənubi Koreya, hətta ABŞ, Avropa İttifaqı ölkələri, Yaponiya ilə bu sahədə rəqabət aparır. Çinin bu sahədə liderlər sırasına gəlib çıxmasının əsas səbəbi odur ki, dünyanın bir çox avtomobil istehsalçısı şirkətləri ehtiyat hissələri və digər hissələrin (çiplərin, yarımkeçiricilərin) istehsalını əsasən bu ölkəyə sifariş edirdilər. Çində artıq müasir avtomobillərin bütün ehtiyat hissələri istehsal olunduğuna görə özünün avtomobil sənayesini inkişaf etdirmək o qədər də çətin olmadı. Bu gün həmin ehtiyat hissələrinin qiymətlərinin bahalaşması əslində Çinin bu sahədə regionda və dünyada liderliyə can atması ilə əlaqədardır. Çin bu ehtiyat hissələri ilə öz avtomobil sənayesini təmin edir və təbii ki, belə olan halda ehtiyat hissələrinin qiyməti artır. Bunun əsas səbəblərindən biri xammalın qiymətinin yüksəlməsi, neft qiymətlərinin artması və daşınma-logistika qiymətlərinin yüksəlməsidir”.

3676de2.jpg (71 KB)

Eldəniz Cəfərov düşünür ki, bugünkü cərimə sistemi dəyişdirilməlidir, köklü islahatlar aparılmalıdır:

“Bu gün Azərbaycanda yol hərəkəti iştirakçıları üçün hərəkət o qədər də təhlükəsiz deyil. Nə sürücülər, nə piyadalar, nə də ictimai nəqliyyatdan istifadə edən vətəndaşlar bu təhlükəsizliyi hiss edirlər. Qəzaların əsas baş vermə səbəbi əsasən insan faktorudursa, ikinci yerdə yol hərəkətini təşkil etməli olan qurumların bəzən işlərinə qeyri-peşəkar yanaşmalarıdır. Dövlət proqramındakı müddəaların heç olmasa 50 faizi yerinə yetirilməyib. “Toyota Prius”ların tez-tez qəza törətməsi ilə bağlı yayılan xəbərlərdə əsasən insan faktoru nəzərə alınmalıdır. Bu, avtomobillərin yox, sürücülərin problemidir. Bu gün taksi xidməti göstərən sürücülərin yaşı, sürücülük təcrübəsi olduqca azdır. Həmin avtomobillərdə aqreqator kimi smartfonlar quraşdırılır, sürücülərin diqqəti günboyu smartfonlarda olur. Təbii ki, fikir yayınan kimi qəzalar baş verir.

1c6f7368-07a2-4e9f-af01-9e49aaa9aa98_850.jpg (63 KB)

Hesab edirəm ki, taksi fəaliyyətində də Nazirlər Kabinetinin 2019-cu ildə qərara aldığı xüsusi reqlament və tələblər yerinə yetirilməlidir. Bu tələblərdən birincisi ondan ibarətdir ki, sürücülük təcrübəsi az olan şəxslər taksi faəliyyəti ilə məşğul ola bilməz. Orada yaş həddi göstərilir və taksi fəaliyyətində istifadə olunan minik avtomobillərinin üzərində mütləq qaydada sarı rəngli taksi fənəri olmalıdır. Biz görürük ki, bu gün bu tələblərə riayət edilmir, taksi operatoru şirkətləri istədikləri hərəkətləri edirlər. Həm sürücülər istismar olunur, həm də taksi xidmətindən istifadə edən vətəndaşların hüquqları pozulur. Bu sahədə də xüsusi islahatlar aparılmalıdır. Ümid edirəm ki, ilin sonuna qədər bu məsələlər həll ediləcək”.

Ekspert bildirir ki, qlobal geosiyasi proseslər avtomobil bazarına da təsirsiz ötüşmür:

“Avtomobil sənayesi iqtisadiyyatın aparıcı sektorlarından biridir. Bu sahədə fəallıq varsa, demək iqtisadiyyatda da müəyyən artım var. Əhali sayı artıqca nəqliyyat vasitələrinə də tələb artır. Zaman dəyişdikcə xüsusilə müasir göstəricilərə cavab verən avtomobillərə tələb artır. Geosiyasi proseslərdə gərginlik olan kimi avtomobil sənayesində də passivlik yaranır”.

d369c9b0-0223-34ab-8f17-91f4f61f607e_850.jpg (215 KB)

Eldəniz Cəfərov avtomobil bazarındakı gözləntilərdən də bəhs etdi:

“Payızda yeni avtomobillərin qiymətinin 2% artacağı gözlənilir. Köhnə avtomobillərin dəyəri isə sabit qalacaq. İkinci əl avtomobil bazarında qiymətlərin artımı gözlənilmir. İlin sonuna qədər həm yeni, həm də köhnə, hibrid və elektriklə çalışan avtomobillərin idxalının artacağını gözləyirik. 2022-ci ilin sonu, növbəti ilin əvvəlinə ekoloji təmiz avtomobillərin idxal sayı kifayət qədər artacaq. Proqnoza əsasən, 2030-cu ilə qədər ölkəyə idxal olunan avtomobillərin 50 faizdən çoxunu hibrid və elektromobillər təşkil edəcək”.

41bcb8e3-e22d-39f6-ae44-c594f082c345_850.jpg (148 KB)

Aytən Novruz




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir