ceferi siresi

Bu şirə böyrək daşını əridir, şəkəri azaldır, dəridəki ləkələri aparır

Baxış sayı: 464

Cəfəri şirəsi çox güclü təsirə malik olduğu üçün onu təmiz halda hеç vaxt 30-60 qramdan artıq istifadə еtmək olmaz. Yaxşı olar ki, qеyd olunan doza kök, kahı, ispanaq şirəsi ilə qarışdırılaraq qəbul еdilsin.

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutundan bildiriblər ki, cəfəri şirəsi ilə müalicə oluna bilən xəstəliklərin sayı kifayət qədər çox və müxtəlifdir. Cəfərinin xam, təzə çəkilmiş şirəsi oksigеn mübadiləsini yaxşılaşdırır, böyrəküstü və qalxanabənzər vəzilərin normal funksiyasını təmin еdir. Digər tərəfdən bu şirədə olan еlеmеntlər qan damarlarını, kapilyarları, artеriyaları möhkəmləndirir.

Cəfəri şirəsi tərkibində olan vitaminlərə görə digər şirələrdən üstündür. Onun tərkibində orqanizmi cavan saxlayan retinol, nikotin turşusu, beta-karotin, B qrup vitamin, fol turşusu, K , H, E və C vitaminləri var. Bu bitki bioflavonoidlər, efir yağları, mineral maddələrlə: kalsi, maqni, sink, marqans, kalium, fosfor, mis və natrum ilə zəngindir.

Yarpaqlarının şirəsi daha faydalıdır. Tərkibində olan maddələrə görə cəfəri sidik-ifrazat sisteminin xəstəliklərində faydalıdır, iltihabı aradan qaldırır, ödemlərin qarşısını alır. Cəfəri şirəsinin requlyar olaraq qəbulu böyrək və sidik kisəsi daşlarını və duzlarını əridir. Cəfəri yarpaqlarının şirəsi qalxanabənzər vəzinin, böyrəküstü vəzinin funksiyasını normallaşdırır, şəkərin miqdarını azaldır, mikrob və parazitləri məhv edir.

Cəfəri şirəsinin həzm sisteminə də böyük faydası var. O, həzmdə iştirak edən fermentlərin ifrazını, bağırsaqların peristaltikasını artırır, disbakteriozu aradan qaldırır, mədə-bağırsaq pozulmalarının qarşısını alır. Həmçinin cəfəri şirəsi hipoasid qastritlərdə faydalıdır.

Cəfəri şirəsi damarların vəziyyətinə müsbət təsir göstərir, onların möhkəmliyini və elastikliyini qoruyur, trombların yaranmasının qarşısını alır, orqanizmdən duzları, artıq mayeni və toksiki maddələri xaric edir.

Dəridə olan ləkələrin, qızartıların, qırışların qarşısını almaq üçün cəfəri şirəsindən istifadə etmək olar. Onun dəriyə olan faydası iltihabəleyhinə, regenerasiya, bakteriosid, ağardıcı və qidalandırıcı xüsusiyyətinə əsaslanır.

-Piqment ləkələrdən azad olmaq üçün cəfəri şirəsi problemli nahiyələrə sürtülür və dəridə tam quruyandan sonra su ilə isladılmış tamponla silinir.

-dərini təravətləndirmək və elastikliyini artırmaq üçün 1:6 nisbətində cəfəri və sudan hazırlanmış buz parçaları ilə dəri silinir.

-gözdə olan şişkinliyi və yorğunluğu aradan qaldırmaq üçün cəfəri şirəsinə batırılmış pambıq göz qapaqlarının üstünə 15 dəqiqə qoyulur.

-yumurta sarısı, xama və cəfəri şirəsindən ibarət maska ağardıcı və qidalandırıcı təsirə malikdir.

Cəfəri şirəsi güclü təsirə malik olduğundan onu ilıq su, kök və ya xiyar şirəsi ilə qarışdırmaq məsləhətdir. Şirəni hazırlandıqdan dərhal sonra qəbul etmək lazımdır.

Bu bitkinin şirəsinin hamilələr tərəfindən qəbul edilməsi əks göstərişdir. Çünki cəfəri şirəsi uşaqlıq əzələlərinin fəaliyyətinə təsir edərək vaxtından əvvəl hamiləliyin pozulmasına səbəb ola bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir