qida

Bu vitaminlər olmasa göz, sümük, ürək ağrıları ilə yaşayacağıq

Baxış sayı: 675

Bir qrup vitaminlər var ki, onlar insan orqanizmi üçün çox əhəmiyyətlidir. Bu vitaminlərin əskikliyi nəticəsində orqanizm bir çox  xəstəliklərə “dəvətnamə” göndərir.

Beləliklə, insan bədəni üçün vacib olan vitaminləri və onların əskikliyi  zamanı yarana biləcək xəstəlikləri təqdim edirik.

 

A vitamini

Əgər bədəninizdə A vitamini olmazsa, o zaman göz xəstəliklərin də daxil olmaqla, uşaqlarda boy ləngiməsi,  toyuq korluğu (gecələr görmənin zəifləməsi),  dəridə qaşıntı, qabıqlanma, konyunktivit, saçların tökülməsi, başda kəpək, iştahanın azalması kimi şikayətlərə səbəb olur.  A vitamininə daxil olan qidalara qaraciyər, yumurta sarısı, kərə yağı, xama, kəsmik, pendir;  bitki mənşəli qidalar: kök, boranı, şirin bibər, ispanaq, brokoli, yaşıl soğan, cəfəri, pomidor, ərik, şaftalı,  paxlalılar daxildir.

C vitamini

İnsan orqanizmi üçün ən vacib vitamin qrupuna daxil olan C vitamini  olması damarları elastik və möhkəm edir və bununla da ürək-damar sistemi xəstəliklərinin, o cümlədən infarkt və insult riskini azaldır. C vitaminin əskikliyi isə davamlı  diş ətinin qanaması ilə müşayiət olunur. İtburnu, qırmızı və yaşıl  bolqar bibəri, qara qarağat, çaytikanı, cəfəri, kivi C vitaminli tərəvəzlər qrupuna aiddir. Bir çoxları düşünür ki, sitrus meyvələri C vitamini ilə ən zəngindir. Lakin bu belə deyil.

E vitamini

E vitaminin bədəndə az olması əzələlərdə yorğunluğa səbəb olur. E vitamini ürək xəstəliklərindən qorunmaq və xüsusilə damar sərtləşməsini önləmək baxımından əhəmiyyətlidir. Badam, ispanaq, toz acı bibər, brokoli orqanizmin E vitamininə olan tələbatını ödəyən qidalardandı.

D vitamini

Yüksək dərəcədə və qısamüddətli olaraq qəbul edildikdə sümüklərdə kalsiumun artmasına səbəb olur. D vitamininin diş və sümüklərin inkişafında çox vacibdir. Kərə yağı, süd, pendir, balıq və qaraciyər başlıca olaraq D vitamini qaynağıdır.

K vitamini

Səbəbsiz yerə burnunuz qanayırsa, dərialtına və əzələ daxilinə qan sızmalar, qanın laxtalanması müşayiət olunursa, o zaman siz də K vitamini çatışmır. Kələm və gicitkən yarpaqları, çuğundur kökü və yarpaqları, kahı, yaşıl soğan K vitamini ilə zəngindir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir