c vitamini

C vitamini ilə zəngin 9 qida – HƏKİM DANIŞIR

Baxış sayı: 479

İnsan orqanizmi üçün hər gün 100 qram C vitaminli meyvə-tərəvəz qəbul etmək faydalıdır.

Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova payızda vacib olan C vitamini ilə zəngin qidaları sadalayıb:

Nermine Abbasova

“C vitaminli qidalar oynaq problemi və artrit, artrozların qarşısını ala bilər. Tədqiqatlar göstərib ki, C vitamini kollagenin saxlanmasını təmin edir, bu da qığırdaqlar üçün vacibdir. C vitamini defisiti isə iltihabi artritin və oynaqların zədələnməsinə səbəb olur. C vitamini az qəbul edənlərdə artrit riski 3 dəfə yüksəkdir.

Bu 9 qidanın qəbulu C vitamini tələbatını ödəyə bilər. Bunlar bolqar bibəri, portağal, kivi, ananas, kələm, brokkoli, gül kələmi, itburnu, lobya, cəfəridir.

Artıq artriti olan insanlara da xüsusən brokkoli və itburnu faydalıdır.”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir