qeybet

“Camaat nə deyər” kompleksindən necə qurtulaq?

Baxış sayı: 491

Hər insan cəmiyyətin bir üzvüdür, və onun təsiri olmadan inkişaf edə bilməz. Məhz cǝmiyyətlə qarşılıqlı əlaqədə olan insan həyat üçün zəruri olan sosial bacarıqlar toplusuna yiyələnir.

Cəmiyyətin fikirlərini önəmsəyən xeyli sayda insan var. Məsələn, müəyyən bir evli cütlük on ildən artıqdır ki, qanuni nikahda yaşayır. Ancaq zaman keçdikcə onlar münasibətlərində hər şeyin yaxşı olmadığını və boşanmaq istədiklərini başa düşdülər. Lakin başqalarının və ya sadəcə tanışların onlar haqqında nə düşünə biləcəyi və ya deyəcəyi insanlar üçün vacibdir. Bu səbəbdən həyatlarını istədikləri kimi yaşamıya biləllər.

Nəticədə, bütün həyatınızı tamamilə başqasının fikrinə yönəldərək yaşayır və əsl istəklərinizi arxa plana keçirirsiniz. Bəs gəlin birlikdə düşünək, cəmiyyətin rəyindən bu qədər asılı olan insanların fikrinə, hətta hərəkətlətinə kim daha çox təsir edə bilər? Axı cəmiyyət bütövlüklə insana təsir edə bilməz, çünki o, yalnız mücərrəd kateqoriyadır. Deməli konkret fərdlər də insana təsir edir və onların arasında valideyinlər ayrıca seçilməlidir. Çünki xeyli sayda artıq böyümüş uşaqlar var ki, onlar nəinki valideyinlərin evində yaşamağa davam edirlər, həmdə onları istəkləri ilə hərəkət edillər.

qeybet

Ətrafdakıların rəyindən asılılıq necə yaranır?

İctimai rəydən asılılıq fərqli olur. Kimisi geyiminə mənfi rəyı görə panikaya düşə bilər, kimisi isə ictimai rəyə əsəslanaraq həyatı vacib qərar qəbul edir. Belə asılılığın xüsusi halları olur, məsələn, modaya qeyd-şərtsiz riayət etmək, ictimai yerlərdə həmişə mümkün münaqişələrdən qaçmaq istəyi, hamı üçün yaxşı olmaq istəyi və s.

Cox vaxt ətrafın rəyindən asılı olan şəxs valideynlərinin və ya yaxın dostlarınin, onun hansı təhsil müəssisəsinə daxil olmasını və sonrakı iş üçün hansı peşənin uyğun olduğunu onun yerinə seçmələrinə qərar verir.

İctimai rəydən asılılıq insanda təsadüfən yaranmır. Bunun kifayət qədər səbəbləri var. Onları mənbəyi müxtəlif uşaqlıq qorxuları, yeniyetməlik kompleksləri, başqasının planını həyatının əsası kimi seçmək vərdişi və s. Nəticədə insan şüurlu, məntiqli və ən əsası müstəqil seçim edə bilmir. İnsanın öz həyatını yaşamaq imkanı olmur. Daimi narahatlıq və pessimist ǝhval-ruhiyyədə olur.

qeybet

Bundan necə qurtulmaq olar?

İnsan ətrafın rəyindən, təsirindən qurtula bilər. Bunu etmək üçün, ilk növbədə, başa düşməlisiniz ki, sizə yad olan digər insanlar, əslində, həyatınıza və etdiyiniz hərəkətlərə biganədirlər. Ona görə də onlar tərəfindən qınanmaqdan qorxmaq tamamilə mənasızdır. Əgər kimsə görünüşünüzə, davranışlarınıza və ya bir şey söylədiyinizdə sizi qınamağa başlasa, əmin olun ki, bu, bir müddət sonra unudulacaq.

Ancaq şəxsi qorxulara, eləcə də komplekslərə özünüz qalib gəlməlisiniz. Axı sizdən özünüzdən yaxşı heç kim tanımır. Psixoloqlar məsləhər görürlər ki, qorxularınızla bağlı yüksək səslə danışın. Özünüzü bunun üçün hazırlamağınız vacibdir.

 

Aysel Bayramova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir