DEB

Dəniz və tropik: Yayın 2 əsas dəb tendensiyası – FOTOLAR

Baxış sayı: 485

Yay nə assosiasiya olunur? Yəqin ki, parlaq şəfəqlər, günəş qürubu, səhərə qədər gəzintilər, əlbəttə ki, dəniz və tropik mənzələrləri ilə.

Dəb ekspertləri bu yay tropik və dəniz təsvirlərinə diqqət yetirməyi tövsiyə edir.

 

Dəbdə olan tropiklər

Yay printlərində tropik motivləri hökm sürür. Bu tendensiyanın ideal təcəssümü isti ölkələri xatırladan donlardır. Üstəgəl parlaq sabo, həsir çanta və şlyapa sizi günəşdən qoruyan etibarlı komplekt olacaqdır.

 

Dəniz üslubu

Yəqin ki, yayı dəniz istirahəti olmadan təsəvvür etmək çətindir. Zolaqlar dənizçi üslubunun əsas detallarıdır. Odur ki, uğurlu variant kimi zolaqları rəngli olan yubkaları təklif edirik. O, nəinki sizin və ətrafdakıların əhval-ruhiyyəsini qaldıracaq, həm də rəfiqələriniz arasında əsas modapərəst statusunuzu möhkəmlədəcək.

Əgər siz yay ayları üçün yalnız səbirsizliklə gözlənilən məzuniyyəti deyil, həm də qarderobu yeniləməyi planlaşdırmısınızsa, onda aksessuarlar haqqında unutmamağı təkidlə məsləhət görürük, çünki üslubu məhz detallar yaradır. Quş tükü və ya yarpaq şəklində olan sırğalar yay əhval-ruhiyyəsini dəstəkləyəcək. Ekzotik meyvə fiqruları, narıncı, yaşıl və mavi rəngli daşlar da yay obrazını əla tamamlayacaq.

8 1 2 3 4 5 6 7




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir