usaq

Dəcəl uşaqları necə tərbiyələndirməli? – TÖVSİYƏ

Baxış sayı: 1. 474

Uşaqların dəcəllik etməyi, valideynlərinin sözünə qulaq asmamağı, qaydalara riayət etməməyi və ictimai yerlərdə böyüklərini pis vəziyyətə salmaqları istənməyən davranışlardır. Hər birimiz ictimai yerlərdə istədiyini almayanda özünü yerlərə sürtən,  ayağını yerə çırparaq ağlayan uşaqlara rast gəlmişik. Valideynlər uşaqların bu davranışı qarşısında ilk öncə səbirli olub şiddətə baş vurmamalıdırlar. Bəs uşaqların bu cür dəcəlliklərinə necə son qoymaq olar? “Gencaile.az” bunun uyğun yollarını yollarını təqdim edir.

Bu cür davranışların səbəbi duyğusal problemlə əlaqəli ola bilər. Yaxın zamanda yaşadığı ayrılıq, bacı-qardaşın doğumu, yaxın dostunu itirməsi, məktəbə başlamaq uşağın bu cür davranışının başlıca səbəblərindən hesab edilir. Bunun üçün valideynlər uşaqlarında son dönəmdə yaşanan dəyişilikləri nəzarətdə saxlamalıdır.

Valideynlər uşaqlarında istənməyən davranışların qarşısını almaq üçün nələr etməlidir?

 

– İstəmədiyiniz davranış gördükdə qısa müddətə onunla maraqlanmayın.

– Onunla danışmayın, danlamayın və dalaşmayın.

– Başınızı çevirin, gözlərinə, ona baxmamağa çalışın.

– Qəzəbli olduğunuzu bildirməyin.

– Başqa işlə məşğul olurmuş kimi davranın, ya da onun olduğu otaqdan çıxın.

– Bu davranışı qarşılığında hədiyyə əldə etməsinə imkan yaratmayın.

– Bu cür istənməyən davranışlarına deyil, müsbət davranışlarına münasibət bildirin.

– Dəcəlliyini kənara qoyduqdan sonra ona bol diqqət ayırın.

 

Sevdiyi oyunlardan, oyuncaqlardan ayırıb, oyunlarına ara vermək də bu cür davranışının qarşısını almağa kömək edəcək. İstənməyən davranışları valideynlər tərəfindən sonlandırmaq mümkün olsa da, bunların hansı şəraitdə və  niyə baş verdiyini bilmək üçün psixoloqa müraciət etmək məsləhətdir. Çünki bu, psixoloji səbəblərlə də əlaqəli  ola bilər.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir