dis-agrisi-20lik-dis-agrisi

Diş ətinin qanamasını aradan qaldırmağın ƏSAS YOLLARI

Baxış sayı: 429

“Diş ətini gücləndirmək üçün sərt meyvə və tərəvəz yemək lazımdır”.

Bunu “Moslenta”ya tibb elmləri namizədi, praktiki periodontoloq, Yeganə Mərufidi diş əti qanamasını aradan qaldırmağın əsas yollarından danışarkən deyib.

“Əgər qanaxma nadirdirsə, bu, diş ətinin bir az zədələnməsi demək ola bilər. Sonra qan soyuq su ilə dayandırıla bilər, xlorheksidinlə müalicə olunur. Həm də zədələnmiş hissədə bakteriyaların çoxalmasının qarşısını almaq üçün ağzınızı bir müddət palıd qabığı, çobanyastığı və ya kalendula həlimi ilə yaxalayın”, – deyə mütəxəssis tövsiyə edib.

Tibb elmləri namizədi deyib ki, əgər diş ətləriniz müntəzəm olaraq, hər gün bərk qidalar yeyərkən və ya dişlərinizi fırçalayarkən qanayırsa, ən yaxşı seçim diş həkiminə getmək olardı:

“Həkim əsl səbəbi tapacaq və onu aradan qaldırmaq üçün tövsiyələr verəcək. Ola bilsin ki, diş çöküntülərinin ultrasəslə təmizlənməsi kifayətdir, lakin bəzən ciddi müalicə tələb olunur”.

“Bundan əlavə, irriqatordan müntəzəm və düzgün istifadə edə, uyğun ağız qarqarası ilə ağzınızı yaxalaya, orqanizmdə hansı vitaminlərin çatışmadığını anlamaq və çatışmazlıqları aradan qaldırmaq üçün testlərdən keçə, dişləri və diş ətlərini gücləndirmək üçün kök, alma və digər bərk qidalar yeyə bilərsiniz”, – diş həkimi belə nəticəyə gəlib.

 

Hüseyn İbadlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir