DIS

Ağ dişin qızıl dişdən hansısa üstünlüyü var?

Baxış sayı: 361

Əvvəllər qızıl diş sahibi olmaq zənginlik əlaməti sayılırdı, hətta bəzən bir-birinə hədiyyə əvəzinə qızıl diş bağışlayanlar da olurdu. İndi isə qızıl dişi olanlara o qədər də çox rast gəlmək mümkün deyil. Bu dəbi bəzən müasir dövrün tələbatı ilə əlaqələndirirlər. Hazırda qızıl və titan dişlərdən istifadə xeyli azalıb, hətta bu cür dişlərə sahib olanlar onları ağ dişlərlə əvəz edir.

Həkim-stomatoloq Altay Qəhrəmanov ağızda qızıl diş olmasının mənfi cəhəti olub-olmaması ilə əlaqədar danışarkən deyir ki,  qızıl diş düzəldilərkən onun altındakı diş yaxşı yonulmadığına görə diş əti altına normal keçmir. Buna görə də diş əti ilə diş boynu arasında boşluqlar yaranır və yeyilən qidalar həmin hissəyə dolur. Bunun nəticəsində getdikcə orada kariyes və çürümələr baş verir.

Nüvə qatı zədələnən diş kariyesə uğrayır və bu zaman həkim müayinəsi vacibdir. Ağız suyunda lisazion maddəsi olduğuna görə kariyesin əmələgəlmə riskini azaldır. Qızıl dişlər yaxşı hazırlansa, ondan uzun müddət istifadə etmək mümkündür.

“Əslində qızıl diş beş ildən sonra dəyişilməlidir. Qızıl dişin estetik cəhətdən heç bir üstünlüyü yoxdur, qırmızı rəngdə olduğuna görə parıldayır və ətrafdakılarda diskomfort yaradır. Ağ dişləri isə yan dişlərin rənginə tam uyğun şəkildə düzəltmək olur. Qızıl dişlər nazik təbəqədən ibarət olduğuna görə onun deşilməsi daha tez-tez baş verir”,- deyə həkim-stomatoloq qeyd edir.

Gülərkən dişlər daha çox diqqəti cəlb edir. Ona görə də onların sağlamlığına ciddi nəzarət etmək lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir