Koronavirus

Dünya hansı tarixdə normal həyata qayıdacaq?

Baxış sayı: 172

Alman biotexnologiya şirkəti BioNTechin qurucularından olan türkiyəli professor Uğur Şahin dünyada həyatın gələn qışdan etibarən normallaşa biləcəyini söyləyib.

“Gencaile.az” saytı “Publika.az”-a istinadən  xəbər verir ki, məşhur alimin yeni tip koronavirusa qarşı hazırladığı peyvəndin 90 faiz effektiv olduğu üzə çıxıb.

BBC-də “Andrew Marr Şou”da çıxış edən Uğur Şahin bildirib ki, bu qədər təsirli peyvənd virusun insanlar arasındakı yoluxuculuğunu 90 faiz olmasa da, 50 faiz azaldacaq. Professor qeyd edib ki, peyvənd pandemiyanın yayılmasının qarşısını əhəmiyyətli dərəcədə alacaq:

“Hər şey qaydasında olacağı təqdirdə, bu qışın sonunda və ya gələn ilin əvvəlində peyvəndin kütləvi istehsalına başlanacaq. Aprel ayına qədər dünya miqyasında ən az 300 milyon doza istehsal etmək niyyətindəyik. Odur ki, gələn qışda normal həyata qayıda biləcəyik. Lakin peyvəndlənmə proqramının hamısının gələn payızdan əvvəl tamamlanması vacibdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir