cili sorbasi

Dünyanın ən dadlı şorbaları

Baxış sayı: 444

Şorbalar elə yeməkdir ki, onu həm ev mətbəxlərində, həm də məşhur restoranların menyularında tapmaq olar. Hər növ şorbanın da öz xüsusiyyətləri və üstünlükləri var.

Bəs, ən dadlı şorbalar hansılardır?

Beləliklə, həmin şorbaları təqdim edirik:

 

Fransız soğan şorbası

Bu yeməyi sınamış hər kəs onun sadəliyini, keyfiyyətini və zərifliyini qeyd edir. Nadir və qeyri-adi məhsulların köməyi ilə şorbanızı həmişə daha yaxşı hala gətirə bilərsiniz.

Buna görə aşpazlar bu şorbanı bəzən xüsusi köklər, otlar və az spirtli içki növləri ilə təqdim edirlər.

Borş

Bu şorbanın xüsusi təqdimata ehtiyacı yoxdur. O dünyanın ən canlı və yaddaqalan şorbalarından biridir. Dadı və ətrinin zənginliyi borşu digər şorbalardan fərqləndirən tərəfidir.

Qeyd edək ki, bu şorbanı hər bir evdar qadın öz reseptinə uyğun hazırlayır.

Ətli və tərəvəzli italyan şorbası 

Bu, bəlkə də İtalyan mətbəxinin əsl klassikasıdır. Bu yüngül və sağlam tərəvəz yeməyidir. Tərkibindəki tərəvəzlər mərcimək, tərəvəz suyu, pırasa, yerkökü və brokolidir. Bundan əlavə, zövqə uyğun qırmızı ət də qatılır.

Əsas komponentlər (tərəvəz və ədviyyatlar) mövsümə uyğun olaraq təqdim əlavə oluna bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir