efsane rusttemova

“Evə gələndə çörək al” – “NATAMAM”

Baxış sayı: 479

Bu gündən etibarən “Gencaile.az saytı yeni rubrikaya start verir. Beləliklə, hər həftənin şənbə günü “NATAMAM” rublikasıyla mütəxəssis psixoloq Əfsanə Rüstəmova “Çay fasiləsi”ndə sizinlə olacaq.

Qeyd edək ki, Əfsanə xanım boşanmadan əvvəlki-sonrakı dönəm və boşanma zamanı məhkəmədə iştirak etməklə ailələrin həyatlarının çətin dönəmlərində onlara dəstək olmaqla bu üzrə ixtisaslaşıb.

psixoloq efsane rustemova

Onun hekayəsi “Evə gələndə çörək al” demədiyi gündən başlayıb…

Özü belə deyirdi ən azından.

“Yeni evlənmişdik, mən də hamilə idim. Düşündüm ki, hər dəfə nəsə al desəm, ayıb olar. Ona görə axşam gələndə heç nə sifariş vermirdim. Bir axşam məni otağa çağırıb döydü ki, niyə mənə çörək al deməmisən. Bacım ac yatsın sənə görə?!

Mən sakitcə, qaynanamgil eşitməsin deyə pıçıldadım ki, hamilə olan mənəm, mən ac yata bilirəmsə, o da yatar.  Döydü məni. Bəli, buna görə döydü. Səsimi belə çıxarmadım. Həmin gecə səhərə qədər ağladım. Səhər 170 təzyiqlə xəstəxanalıq oldum. Həkim “zülalımı” yoxlatdı. Sinir aiatemin yoxlamaq olmur çünki.”

Hekayəsini belə başlamışdı danışmağa Aysel. Mən də susaraq onu dinləyirdim. Dərin bir kədərin içində boğulan qadın qışqırmaq istəyirdi, ancaq səsi çıxmırdı sanki. Mənim yanıma da “dərd damışmağa” gəlmişdi.

“Problemli hamiləlik – diaqnozu qoyuldu mənə.. Xəstəxanada yatmağımı təklif etdilər. Özüm əlimlə xəstəxanada kağız imzaladım ki, özüm cavabdehəm! Çıxdım xəstəxanadan. Evə aparmağa qorxduqları üçün apardılar anamgilə.. Pulsuz xəstəxana kimi işlədirdik oranı.”

Anası evinə getmək üçün xəstələnməyi gözləyən qəhrəmanım bu yükün ağırlığı altında əzildiyindən də danışırdı.  O danışdıqca da 8 ildi çalışdığım bütün qadınların hekayələri hardasa bir yerdə bənzərləşirdi gözümdə. Mən də qərara aldım ki, bu müşahidələri hekayələşdirərək sizlərlə paylaşım. Ortaq səhvləri etməyək deyə…  Daha xoşbəxt bir cəmiyyət üçün xoşbəxt qadın məhfumunum vacibliyini anlayıram deyə.

Bundan sonra mütəmadi olaraq həftədə bir dəfə Gencaile.az” saytında “Çay fasiləsi”ndə görüşək.

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir