ERZAQLAR

Hansı ərzaq məhsulları insanda aclıq yaradır? – ARAŞDIRMA

Baxış sayı: 101

Alimlər insanı daha çox acdıran ərzaq məhsullarını müəyyən ediblər. Kompleks müşahidələri İtaliyada yerləşən klinik mərkəzin əməkdaşları aparıblar.

Dietoloqların fikrincə, ağ çörəyin tərkibində çoxlu faydalı maddələr var, lakin onu cem və ya kərəyağı ilə yemək lazımdır. Yumurtada zülal çoxdur, lakin onu yedikdən sonra insan yağ və kalori ilə zəngin əlavə yeməklər istəyir.

Yağsızlaşdırılmış süd məhsulları orqanizmi zəruri miqdarda vitaminlərlə təmin etmir, ona görə də kişilərdə və qadınlarda aclıq hissi yaranır. Bu cür yoqurtların əvəzinə adi süd içmək daha yaxşıdır.

Konservlərdə və duza qoyulmuş məhsullarda aclıq yaradan və iştahanı artıran çoxlu duz var.

Kəpəkli undan hazırlanan krekerlər və ağ düyü aclıq hissi yarada bilər, bu səbəbdən onları axşam yemək məsləhət deyil.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir