pomidor sorbasi

“İftar menyusu” – 21-ci gün

Baxış sayı: 808

“Gencaile.az” saytının Ramazan ayı boyunca ənənə halını almış  “İftar menyusu” rubrikasında bu gün sizin üçün yay sərinliyini, təravətini əks etdirən pomidor şorbasıın hazırlanma qaydasını təqdim edəcəyik

 

Pomidor şorbası

 

İçindəkilər

Soyulmuş və sürtgəcdən orta ölçülü pomidor – 5 ədəd

Un – 2 x.q.

Duru yağ – 2 x.q.

Tomat – 1 x.q.

Qaynar su – 5 stəkan

Duz

 

Hazırlanması

Unu qazanda isidilmiş duru yağda 1-2 dəqiqə qovurun, tomatı da əlavə edin. Bu qarışımı 2-3 dəqiqə orta odda qovurun. Sonra sürtgəcdən keçirilmiş pomidorları da əlavə edin. Blenderdən keçirib suyu da əlavə edin. Bişənə qədər qaynadın. Duzu da əlavə etdikdən sonra üzərinə sürtgəcdən keçirilmiş holland pendiri əlavə edib servis edin.

 

Hazırladı: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir