xarici dil

İkinci dili öyrənmək həqiqətənmi yaddaşı gücləndirir?

Baxış sayı: 192

“Neurobiology of Aging” jurnalının aprel sayında dərc edilən araşdırmada deyilir ki, birdən çox dil bilmək yaddaşı gücləndirməklə yanaşı, yaşlıları demensiyadan qoruya və koqnitiv geriləmənin qarşısını ala bilər.

Almaniyada yüzlərlə orta yaşlı və daha yaşlı subyekt üzərində aparılan araşdırmada, gənc yaşlarından iki dildə danışa bilənlərin öyrənmə, yaddaş, dil və özünü idarə etmə testlərində yalnız bir dildə danışan xəstələrdən daha yüksək bal topladığı müəyyən edilmişdir.

Araşdırmada 59-76 yaş arası 746 subyektə lüğət, yaddaş, diqqət və hesablama ilə bağlı suallar verilib. Məsələn, onlara obyektləri yadda saxlamağı, sözləri geriyə doğru yazmağı, üç hissədən ibarət əmrləri yerinə yetirməyi və onlara təqdim olunan dizaynları köçürməyi tapşırıblar.

Tədqiqata qatılanların təxminən 40%-nin yaddaş probleminin olmadığı, digər subyektlərin isə çaşqınlıq və ya yaddaş itkisi kimi problemlər səbəbi ilə daha əvvəl həkimə müraciət etdikləri məlum olub.

13-30 və ya 30-65 yaşlarında ikinci dili öyrənən və danışanların dil, yaddaş, konsentrasiya, diqqət və qərar qəbul etmə qabiliyyətlərində ikinci dili bilməyənlərə nisbətən daha yüksək nəticələri olduğu müəyyən edilib.

Kolumbiya Universitetinin müəllimi, nevroloq Miguel Arce Renteria erkən və orta yaşlarda iki dildən istifadə edə bilmənin sonrakı yaşlarda koqnitiv sağlamlığa faydalı təsir göstərdiyinin ümidverici olduğunu və bunun uzunmüddətli tədqiqata töhfə verəcəyini söyləyib.

Neyroloqlar ikidillilərin çox tapşırıqlılıq, emosiyaların idarə edilməsi və özünü idarə etmə kimi bacarıqlarda oxşar qabiliyyətlərə malik olduğunu proqnozlaşdırırlar. Bundan əlavə, onlar dilləri səlis şəkildə dəyişirlər ki, bu da demensiyanı gecikdirməyə kömək edə bilər.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir