İnanılmaz: 20 il öncə doğulan uşaqlar səhv düşüb

Baxış sayı: 1. 467

“The Telegraph” Fransa mediasına istinadən bildirir ki, 20 il öncə bu ölkədə doğulan iki qız uşağını səhv olaraq başqa bir ailəyə veriblər. Çərşənbə axşamı bu məsələyə məhkəmədə baxılıb.

Cordan Klinikası Farnsanın cənubundakı Kann şəhərində yerləşir. Bu klinikanın tibb bacısı 1994-cü ildə  Manon Serrano adlı körpəni başqa bir anaya verib. Gənc ana Sofie Serranno uşağı götürməli olub.

Təbii ki, onun öz körpəsi isə başqa bir anaya verilib. Maraqlıdır ki, hər iki ana uşaqların onların olmasına şübhələrini dərhal bildiriblər. Xüsusən uşaqların saçının valideynlərindən kəskin fərqli olması faktını qabardıblar. Ancaq klinika o vaxt bu iddianı rədd etmişdi.

Sonda qızlardan birinin atası uşağın DNK səviyyəsində analizini yoxlatdırıb. Məlum olub ki, uşaq onun deyil.

Sofie Serranno da sonra dəqiqləşdirib ki, Manon onun qızı deyil. Və cəhd edib ki, bioloji qızını saxlayan ailəni tapsın. İstintaq başlayıb və məlum olub ki, onun bioloji qızı onlar yaşadığı yerdən 10-15 km. kənarda olur.

Səhv düşən körpələrdən olan Manon Serrano deyir: “Bu proses çox uzun çəkdi. 10 ildən artıq vaxt keçdi. İndi hər şey öz yerini aldı. Mən daha gələcəyə inamla baxa bilərəm”.

Onun anası çox məmnundur ki, səhv gec də olsa aradan qaldırılıb.

Bu hadisədə iştirak edən ikinci ailə isə danışmaq istəməyib. Onlar cəmiyyətə pünhan qalmağa üstünlük veriblər.

Ailələr məhkəməyə müraciətlərində bildirmişdilər ki, iki həkim və iki tibb bacısı uşaqların səhv düşməsinə görə məsuliyyət daşıyır. Ancaq məhkəmə bu fikirlə razılaşmayıb və klinikanın tibb personalını  cəzalandırmayıb.

Məhkəmənin hökmü ilə sözügedən ailələrə 2 milyon avro kompensasiya veriləcək.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir