KLAVYATURA

İnternet pornoqrafiyası – insan məhvinə yönəldilmiş gizli silah

Baxış sayı: 1. 018

“İnternetdə günü-gündən yayılan pornoqrafiya – insan üzərində tarix boyu aparılan ən qəddar şüuraltı eksperimentlərdən biridir”. Məhz bu cümlə ilə başlayır amerikalı neyrobioloq Qeri Uilsonun 2012-ci ildə TED-də verdiyi hesabat. Bu hesabat sosial psixoloq  Filip Zimbardonun “Kişilərin yox olması” hesabatına olan “cavab” idi. Belə ki, Zimbardo öz çıxışında seks asılılığı və internet-pornoqrafiyaya olan böyük marağın ciddi psixi problem olduğunu və insanın bir növ kimi itirilməsinə gətirib çıxara biləcəyini vurğulayır. Uilson isə cavab hesabatında problemə daha opmist yanaşır.

Kanadalı psixoloq Saymon Lajenessin fikrinə görə, oğlanlar artıq on yaşında pornoqrafiya axtarmağa başlayırlar. Maraqlısı odur ki, məhz internet pornoqrafiyası insanlar üçün daha cəlbedicidir, nəinki əvvəllər dəbdə olan ənənəvi pornoqrafiya növləri.

“Niyə belədir?” sualına Uilsonun cavabı  

Birincisi internet porno çox rəngarəngdir. Bunu Avstraliya alimlərinin apardığı təcrübələr də göstərdi. Təcrübədə iştirak edənlər 22 ekranda göstərilən pornoqrafiyaya baxmalı idilər. Ekranlarda hər dəfə yeni videolar çoxaldıqca iştirakçılar daha çox ehtiraslanırdılar. Deməli, insanı çox ehtirasa gətirən çılpaq porno aktyoru deyil, hər dəfə yenilənən obrazlardır.

Uilson qeyd edir: “Təbiət erkəkləri elə yaradıb ki, onlar  daim ətrafında olan dişiləri  “mayalandırmağa” hazırdırlar və bu proses ətrafda yeni dişilər olana qədər daim baş verir. Daha bir məqam, partnyor sizə nə qədər yaxşı tanışdırsa, boşalma üçün daha uzun müddət tələb olunur”.

Bu məfhum psixologiya və biologiyada Kulic effekti kimi tanınır. Erkəklər daim mayalanmağa hazır olan ən yeni dişiyə daha böyük seksual maraq göstərirlər. Effektə məhz ABŞ-ın 30-cu prezidenti olan Kalvin Kulicin soyadının verilməsi isə prezidentin vaxtilə quş fabrikini ziyarəti zamanı zarafatyana etdiyi dialoq səbəb olur:

– Sizdə bir xoruz ancaq bir toyuğa “xidmət göstərir?”   

– Xeyr, bizdə bir xoruza bir neçə toyuq düşür!

– Gərək bunu missis Kulicə bildirim, – deyə Kulic zarafatla cavab verir.

Kulic effekti olmadan internet-pornoqrafiya sadəcə mövcud ola bilməzdi. Çünki kişilərin beyni elə proqramlaşıb ki, ekranda hər dəfə yeni yaranan qadın obrazı gördükdə onu nəsli davam etdirmək imkanı kimi qiymətləndirirlər. Hər yeni şəkil göründükdə beyin dopamin sintezinə başlayır və bu, həmin dopamindir ki, həzz hissi yaradır, həmçinin motivasiya, qavrama proseslərinə təsir edir. Hər dəfə yeni şəkillər gəldikcə insan onları klikləyib baxır və dopamin də öz növbəsində sintez olunmaqda davam edir. Beləliklə, internet-porno hər bir kişiyə on dəqiqə ərzində onun ulu babalarının ömür boyu görə bilmədikləri qədər cazibədar qadın görməyə imkan verir.

Davamlı olaraq porno izləyən insan beynini daim potensial cinsi partnyorların “şüalanmasına” məruz qoyur. Nəticədə seks və “internet-hərəmxana” arasında sıx və dayanıqlı assosiativ bağlar yaranmağa başlayır.

– Siz təksiniz. Heç nədən şübhələnməyən qadına və ya cütlüyə gözucu baxırsınız. Davamlı olaraq mausu klikləyirsiniz. Sizdə mütləq maraq yaradacaq növbəti stimullaşdırıcı materialı axtarmaq imkanı olmalıdır. Materialla dolu pəncərələrin sayı bir neçə ədəd olmalı və daim yenilənməlidir.

Real həyatda isə seks tamamilə başqa şəraitdə baş verir. Bunun üçün siz özünüzə bənzər insanlarla sosial “rituallar” etməli və ağlınızı işlətməlisiniz. Digər insanlara toxunmalı və onların da sizə toxunmaqlarına hazır olmalısınız. Real seks zamanı iylər və feromonlar çox vacib rol oynayır, üstəlik seks partnyorlar arasında emosional əlaqə yaranır. Beləliklə, bu ziddiyyətlərdən ortaya sual çıxır. Pornoqrafiyadan asılı olan cavan bir oğlan real həyatda rahatlıqla özünə ətdən-qandan olan real yoldaş tapa bilirmi? Bu suala psixoloqlar hələ də cavab tapa bilmirlər.

Uğursuz təcrübə

2009-cu ildə Saymon Lajennesin aparacağı təcrübə elə başlamamış bitir, çünki o, bircə nəfər belə internet-porno ilə tanış olmayan tələbə oğlan tapa bilmir. Nəticə onu göstərdi ki, bu tip təcrübələrin hamısı uğursuz olacaq, çünki seksual həyatla tanışlığı normal sekslə başlayan gənclər tapmaq qeyri-mümkün olacaq. Bu isə istənilən təcrübəyə böyük kor ləkədir. Bir anlıq təsəvvür edək ki, hər bir kişi cinsi nümayəndəsi on yaşından başlayaraq siqaret çəkməyə başlayır, onda kişilər üçün ağciyər xərçəngi tamamilə təbii hal kimi qəbul ediləcək.

Nəhayət, təcrübənin mümkünsüzlüyünü görən psixoloq 20 seçilmiş tələbəyə bu sualı verir: ”İnternet-porno sizin qadınlarla münasibətinizə təsir edirmi?” Onlar isə “Xeyr, təsir etmir” cavabını verirlər. Lakin bu, mümkün deyil, çünki onlar uzun illərdir porno sayt istifadəçiləridir və “Xeyr, təsir etmir” cavabı suyun balığa təsir etmədiyini demək qədər absurd bir fikirdir.

İnternet pornoqrafiyadan asılılıq psixi xəstəlikdir.

Zimbardo öz işlərində pornoqrafiyadan asılılıq simptomlarının asanlıqla diqqət defisiti və hiperaktivlik sindromu, klinik depressiya, obsessiv-kompulsiv psixi pozğunluqla qarışıq salındığını da bildirir. Tibbdə bu, məhz nəticə kimi qəbul edilir, internet-pornoqrafiyadan asılığın səbəbi kimi deyil. Məhz buna görə də pornoaddiktlərə (pornodan asılı olanlar) də depressiya və yuxarıda qeyd edilən digər psixi problemlər zamanı istifadə olunan psixostimulyatorlar, antidepressant və antipsixotik preparatlar təyin olunur.

Nə həkimlər, nə də asılı olanlar problemi “sadə davranış korreksiyası etməklə aradan qaldırmaq” kimi bir variantı ağıllarına gətirirlər.

Bu məsələdə daha bir maraqlı və xoşəgəlməz bir məqam var: çox az adam seks asılılığını psixi problem kimi qəbul edir. Çünki seks – sağlamlıqdır, bəli və hər bir insana lazımdır, lakin internet-pornoqrafiya seks deyil, bunu başa düşmək lazımdır. Uilson hesab edir ki, internet-porno ilə seks arasındakı fərq müasir video oyunları ilə dama oyunu arasındakı fərq kimidir.

Danimarka alimlərinin apardığı tədqiqatlara görə, pornoqrafiya izləmə bütün internet məşğuliyyətlərin arasında ən çox asılılıq yaradandır. Bioloji olaraq, bunun çox sadə izahı var: insan beyni sağ qalmaq üçün göstərdiyi hər fəaliyyətə  görə mükafatlandırılmağa proqramlaşıb: seks, qidalanma və ünsiyyət. Müasir həyatda isə bunlar tamamilə təhrif olunub, seks əvəzinə porno, normal qida əvəzinə yüksək kalorili fast-food, normal ünsiyyət əvəzinə isə sosial şəbəkələr…

Pornoqrafiya və depressiya

Davamlı dopamin artıqlığı nəticəsində beyin hüceyrələrində struktur dəyişikliyi yaradan FosB proteini toplanır. Bunun nəticəsində əvvəlcə ətraf-mühitdən həzz almaq  çətinləşir. Daha sonra insan yalnız pornoya “reaksiya” verir və maraqlısı ondadır ki, porno ilə müqayisədə edilən istənilən şey maraqsız, rəngsiz və mənasız görünür. Ən sonda isə insan iradə hissini itirir. Beləliklə, bu mexanizm istənilən asılılığı izah edir: qumar, narkotik, seks, yemək və s.

Lakin hər şey göründüyü kimi ümidsiz deyil, psixoloqlar porno asılıları ilə iş zamanı vacib bir yeniliyə imza atıblar. Əgər insan pornoya baxmağı dayandırırsa, beyin tədricən normal vəziyyətinə qayıdır. Uilson bu yeniliyi Zimbardonun “Kişilərin yox olması“ hesabatına analoji olaraq “Kişilərin zühuru” adlandırıb.

İnternet pornoqrafiya və impotensiya

Hesabatında Uilson gülümsəyərək qeyd edir: “Əlbəttə ki, sizə maraqlı gələcək ki, niyə normal bir kişi pornoqrafiyaya baxmaqdan imtina etsin? Cavab isə sadədir – erektil disfunksiya”.

İnternet pornoqrafiya cavanlarda impotensiya yaradır. Bunu italyan “Andrologiya və seksual tibb” cəmiyyətinin apardığı tədqiqat da təsdiqləyib. Pornodan asılı olanlara müəyyən vaxtdan sonra viaqra belə təsir etmir. Çünki impotensiyanın müalicəsində təyin olunan bu növ preparatlar ancaq “beldən aşağı” işləyir. Lakin bu düzgün yanaşma deyil, çünki problem beyindən irəli gəlir, orada da həll olunmalıdır. Bu problemi yaşayan insanlarda beyin cinsi orqana getdikcə daha zəif impulslar ötürməyə başlayır. Hər şey pornoqrafiyaya olan reaksiyanın azalmasından başlayır, daha sonra potensiya aşağı düşür, sonda isə pornodan asılı şəxs ümumiyyətlə, ereksiyaya çata bilmir.

20 yaşlı pornodan asılı bir gəncin həyatı

Uilson bu problemi yaşayan və son 8 ilini psixoloq və psixoterapevtlərin ümidinə qalan 20 yaşlı bir gəncin həyatından nümunə gətirir: onda depressiya, şəxsiyyət pozğunluğu, yaddaşın zəifləməsi və digər psixi problemlər aşkarlanır. Ona psixostimulyator, trankvilizator və antidepressantlar təyin olunur. Bütün bu problemlərə görə, iki universitet və iki işindən qovulur. Sosial həyəcanını “aradan qaldırmaq” üçün  isə marixuana çəkir. Həyatında qadınlar əskik olmur, çünki yaraşıqlı və imkanlı olur. Lakin qadınlarla da münasibəti uzun çəkmir, çünki qəribəliklərinə görə ondan uzaqlaşırlar. 14 yaşından ciddi porno asılılığı olan bu gənc artıq 18 yaşında həyatında dəyişiklik etmək üçün cəhdlər etməyə başlayır və başa düşür ki, bütün bunların kökündə pornoya olan “sevgisi” durur.

Bərpaya başladığı iki ay ərzində ümumiyyətlə, pornoqrafiyaya baxmır. Bunu eləmək heç də asan olmur, lakin o, bunu bacarır və elə o vaxtdan etibarən  dərman qəbulunu dayandırır. Yaddaşı və diqqəti ilə bağlı problemlər aradan qalxır, qadınlarla münasibəti isə düzəlməyə başlayır.

Yüksək sürətli internet və impotensiya

Təəssüflə bildirmək lazımdır ki, cavanlarda pornoqrafiyaya görə yaranmış impotensiyanın aradan qaldırılması daha uzun vaxt alır, əgər 50 yaşındakı bir kişi bu problemi bir-iki aya həll edə bilirsə, cavan adamlar ən azı 5-6 ay ərzində mənəvi və fiziki sağlamlığını bərpa edə bilirlər. Uilsona görə, səbəb sadədir, orta yaşlı kişilər seksual həyatlarına internet pornoqrafiyadan başlamayıblar, onların problemi evlərində yüksək sürətli internet olandan sonra başlayıb.

Yeniyetmələr isə seksual həyatlarına pornoqrafiyadan başlayırlar və bu o yaşdır ki, onların beyinləri rekord miqdarda dopamin sintez etmək qabiliyyətinə malik olur.

Məsləhət

Bu məsələyə həssas yanaşan insanlar, xüsusilə də valideynlər bilməlidirlər ki, yeniyetməlik dövründə məhz tez-tez istifadə olunan neyron zəncirləri möhkəmlənir, istifadə olunmayanlar isə əksinə beyin tərəfindən “təxirə” salınır. Əgər yeniyetmə bu dövrü uzun müddət ekstremal pornoqrafiya və ya özünün seksual oriyentasiyasına uyğun olmayan pornoqrafiya izləyərək keçirirsə, bu gəncin psixologiyasında çox ciddi problemlərə gətirib çıxarır.

Uilson:  “Ümidverici tərəf isə budur ki, insan beyni çox “plastik”dir, yəni əgər gənc pornoya baxmağı dayandırsa, gec-tez beyin özünün əvvəlki bioloji vəziyyətinə qayıda bilər”.

(“Nevarneyox.com”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir