issizlik

İşsizlər ordusu: Kimdir günahkar? – Gənclər, yoxsa…

Baxış sayı: 447

Gənclər arasında işsizlik daha yüksəkdir. Bu təkcə Azərbaycan  yox, dünyada olan bütün ölkələr üçün xarakterikdir. Yəni gənclər arasında işsizlik hər zaman ölkə üzrə ümumi işsizlikdən artıq olacaq və bu, tam təbiidir.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bugünlərdə parlamentdə keçirilən konfransda çıxışı zamanı demişdi.

Nazir bildirmişdi ki, dünyanın hər yerində gənclərin iş tapması daha çətindir: “Bunun üçün proqramlar olmalıdırmı, bəli, olmalıdır və biz bir çox proqramlar, layihələr üzərində işləyirik”.

Mövzu ilə bağlı danışan iqtisadçı ekspert Fuad İbrahimov bildirir ki, Azərbaycanda gənclərin işsizliyinin əsas səbəbi peşə seçimi ilə bağlı böyük boşluqların olmasıdır:

“Hazırda ali təhsil alan gənclər ixtisas seçimi edərkən ixtisasın perspektivinə önəm vermirlər. “Əlimdə diplomum olsun” prinsipi ilə məsələyə yanaşdıqları üçün ölkədə işsizlik ordusu yaranır. Müasir və sürətlə inkişaf etməkdə olan dünyada  avtomatlaşdırılmış idarəetmə formasının tətbiqi ilə birlikdə insan faktoruna ehtiyac azalır. Bu nöqteyi-nəzərdən gənclər gələcəklə bağlı peşə seçimlərini diqqətli etməlidirlər. Diplom naminə oxumaq onları uçuruma aparır”.
ISSIZ
F.İbrahimov məsələdə tək günahkarın gənclər olmadığını  vurğulayır:
“ Təhsil ocaqlarında, media orqanlarında gənclərin doğru istiqamətləndirilməsi aparılmalıdır. Universitet oxumayanlarsa, düzgün sənətə yönəldilməlidirlər. Digər yandan şirkətlər yeni məzunlara və iş təcrübəsi olmayan gənclərə şans verməlidirlər. Azərbaycanda heç bir şirkət kadr yetişdirmə siyasəti yeritmir. Əsl faciə budur”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir