ayriliq

Keçmiş sevgilini unutmağı çətinləşdirən 3 SƏHV

Baxış sayı: 451

Sevgi münasibətləri üzrə ekspert Emi Çan romantik partnyordan ayrıldıqdan sonra unutmağı çətinləşdirən ümumi səhvləri sadalayıb.

“Gencaile.az” saytı xarici mediaya istinadla bildirir ki, Çan ilk növbədə, keçmiş sevgiliyə zəng etməməyi tövsiyə edib.

telefonla danismaq

Onun sözlərinə görə, bəzən bu cür zənglər məxfi söhbət və təsəlli ümidi ilə, bəzən də qəzəbini çıxartmaq üçün edilir. Lakin hər iki halda bu, davam edən asılılıqdan xəbər verir.

sosial sebeke

Çanın sözlərinə görə, keçmiş tərəfdaşın sosial şəbəkələrini izləməməlisiniz.

Ekspert həmçinin münasibətlərin bitməsindən dərhal sonra keçmiş sevgilini dostlarla tənqidi şəkildə müzakirə etməməyi də məsləhət görüb.

qeybet

Çanın fikrincə, bu cür söhbətlər faydalı deyil və yalnız küskünlük hissini “qidalandırır”, əksinə, ondan tez bir zamanda xilas olmaq lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir