levengili plov

Ləvəngili plovu belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 1. 736

Hər həftənin bazar ertəsi günü zanım oxucularının mətbəxdəki köməkçisi rolunu oynayan “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikası bu dəfə də ənənəsinə sadiqdir.  Bu gün sizə toylarımızda, bayram və xoş günlərimizdə süfrələrimizin şah yeməyi sayılan plovun, daha doğrusu, ləvəngili plovun hazırlanma qaydasını təqdim edirik.

 

Yeməyin hazırlanma qaydası aşağıdakı kimidir:

Plov: Düyü ayrıca qabda bişirilir və saxsı qabda dəmə qoyulur.
Ləvəngi: Əvvəlcədən toyuğa duz, istiot və turşu vurulur. İçlik üçün soğan çəkilib acı suyu sıxılır. Qırmızı soğan olması daha məsləhətlidir. Soğana çəkilmiş qoz və turşu qatılıb qarışdırılır. Toyuğun içərisinə içlik əlavə olunduqdan sonra tikilir və sobada qızardılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir