yemeye ne var

Limon mürəbbəsi belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 702

Limonun faydalarını saymaqla bitməz. Ən çox da qışda immunitet gücləndirmək üçün limondan çox istifadə edilməsi məsləhət görülür. C vitamini ilə zəngin olan bu meyvənin mürəbbəsi də sağlamlıq üçün olduqca faydalıdır. Xüsusilə də, qış aylarında orqanizmimizin bu vitaminə ehtiyacı daha çox olur. Limondan hazırlanan mürəbbə immuniteti artırır, əhval ruhiyyəni yaxşılaşdırır. Beləliklə, “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə limon mürəbbəsinin hazırlanma qaydasını təqdim edəcəyik.

 

Lazım olanlar:

4 ədəd limon
2 fincan şəkər tozu
1 fincan su

limon murebbesi

Hazırlanması:

Limonlar yuyulur, qabığı soyulur. Xırda dilimlərə bölünür, üzərinə şəkər tozu əlavə edilib saxlanılır. Limonların su salmasını gözlədiyiniz müddətdə limon qabıqlarının üzərinə qaynar su əlavə edilir, 5 dəqiqə sonra suyu süzülür. 3 dəfə təkararlanır. Daha sonra sulanan limon-şəkər tozu qarışımının üstünə həmin su tökülüb qaynadılır.

Qaynamağa başlayanda xırdalanmış limon qabıqları da əlavə edilir.

Ara-sıra qarışdıraraq, 40 dəqiqə vam odda bişirilir. Soyuduqdan sonra şüşə qablara yığılıb soyuducuda saxlanılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir