meshurlar

Məşhurların qəribə yuxu vərdişləri: Soğanla yatan, şimala dönən, masaya…

Baxış sayı: 2. 327

Yuxu vərdişinin necə olması haqqında konkret qayda var. Belə ki, insan ən azı gündə 8-9 saat yatmalıdır. Buna baxmayaraq, bəziləri daha çox yatmağı sevir, bəzisinin yuxuyla arası yoxdur, bəzisi isə istəsə də çox yata bilmir (insomnia). Ancaq qəti olan budur ki, hər bir orqanizmin yuxuya istisnasız olaraq ehtiyacı var.

“Gencaile.az” Publika.az-a istinadən bir-birindən qəribə və qeyri-adi yuxu vərdişləri olan  məşhurları təqdim edir:

1. Tom Kruz və “xorultu keçirməyən” otaq

Tom Kruzun xoruldaması Hollivudda xeyli məşhurdur. Bu səbəblə, evində köhnədən tibb məntəqəsi olaraq istifadə etdiyi otağa səs keçirməz vəsaitə bağlatdıraraq, rahat xoruldaması üçün oranı yataq otağına çevirib.

“Daily Mail”ə məlumat verən ev işçisi bildirib ki, bu kiçik və qaranlıq otaq xorultu səsini çölə vermir.

 

2. Uinston Çörçil  – “gecə quşu”: viski, soğan və yuxu

İngiltərənin keçmiş baş naziri Çörçil hər gün saat 17.00-da, bir qədəh viski və soğan yedikdən sonra 2 saatlıq yatırmış. Çörçil bu vərdişin özünə 1,5 gün qədər enerji verdiyini söyləyib.

Çörçil gecələr çox gec yatdığı üçün “gecə quşu” olaraq da bilinirdi.

 

3. Çarlz Dikkensin şimal “xəstəliyi”

Картинки по запросу Çarlz Dikken

Yata bilməmə problemindən (insomnia) əziyyət çəkdiyini tez-tez dilə gətirən yazar yatdığı hər yerdə bir kompas saxlayarmış. O, həm yatarkən, həm də yazı yazarkən üzünün şimala tərəf olmasından əminlik üçün bu addımı atarmış.

 

İngilis yazıçısı Çarlz Dikkens bu vərdişinin, yaradıcılığını yüksəltdiyinə inanırmış.

 

4. Məşhur Hollivud müğənnisi Mariah Carey – 20 nəm cihazı ilə əhatə olunan yataqda gündə 15 saat

Картинки по запросу Mariah Carey

2007-ci ildə jurnalın birində verdiyi müsahibədə “İstədiyim kimi mahnı oxumaq üçün 15 saat yatmağım şərtdir”, – deyə bildirib.

Nəmləndiriciləri isə, boğaz quruluğunun qarşısını alaraq dərisini nəmli tutmaq üçün istifadə etdiyini söyləyib.

 

5. Yahoo-nun qurucusu Marissa Mayer yatmaq üçün dörd aydan bir bir həftə özünə tətil verir

Картинки по запросу Marissa Mayer

Yahoo-nun qurucusu Marissanın çox işgüzar olduğu, bəzən həftədə 130 saata qədər işlədiyi bilinir. O, enerji yığmaq üçün 4 aydan bir özünə bir həftəlik tətil verdiyini söyləyib.

 

6. Yuxusu gələnə qədər masa ətrafında dairələr çəkərək fırlanan İngilis yazar və şair Emili Bronte

19-cu əsrin əfsanə yazıçısı və şairi Emili Bronte də insomniadan əziyyət çəkirmiş. Bronte hər gecə masasının ətrafında yorulana qədər fırlandığını ancaq o zaman yata bildiyini söyləyib.

 

7. Marta Styuartdan 4 saatlıq yuxu

Aşpazlıq dünyasının məşhur kraliçası Marta çox yuxunun özünü narahat hiss etdirdiyini, 200-ə qədər heyvan bəslədiyini və çox gec yatmasına baxmayaraq daim 6:30-da yuxudan durduğunu söyləyib.

 

8. Böyük ixtiraçı Nikola Tesla gündə ən yaxşı ehtimalla 1 saat yatır

Картинки по запросу Nikola Tesla

“Mən yuxuyla arası çox yaxşı olmayan bir ailədən gəlirəm. Nadir hallarda yataram. Yata bilmirəm. Ümumiyyətlə, gündə 1 saat yuxuya gedirəm. Bir neçə aydan bir, 4-5 saata qədər yata bilirəm və bu, olduğu zaman, sanki enerji yığan batareya qədər gümrah və qüvvətli oyanıram. Yuxu möcüzəli bir şeydir. Amma, məncə, hər gün çox yatmaq o qədər də şərt deyil”, – deyə o söyləyib.

 

9. Maykl Felps və içərisində 2600-dən 2750 metr yüksəkliyə qədər atmosfer saxlayan xüsusi otaq

Ümumilikdə, 28 medalla olimpiya oyunları tarixində ən çox medal qazanmış üzgüçü bu yolla bədəninin daha çox qırmızı qan hüceyrəsi çıxardığını və əzələlərinə daha çox oksigen yığılmasına kömək etdiyini bildirib. O, bu üsulun hətta dözüm, səbri də artırdığını və çox daha çətin yarışlara özünü yaxşı hazırlanmış hiss etdirdiyini söyləyir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir