milyarder

Milyarderlərin dəlisov ideyaları

Baxış sayı: 589

Johan Huiber: Nuhun Gəmisi

Huiber 1992-ci ildə qorxulu yuxu gördükdən sonra Nuhun gəmisini yaratmağa qərar verir. Yuxusunda bütün ölkənin sellər altında qaldığını görən milyarder 1.6 milyon dollar xərcləyərək bu nəhəng gəmini inşa etdirir. Gəmidə eynilə Nuhun gəmisində olduğu kimi heyvanlar üçün xüsusi hissələr yer alır. Bir futbol stadionu genişliyindəki gəmi 135 metr uzunluğundadır və 2012-ci ildə inşası tamamlanıb.

Clive Palmer: Titanik 2 və Jurassic Park

Avstraliyalı milyarder ən sevdiyi gəminin eynisini inşa etdirməyə başlayıb. Gəmi eynilə Titanikdə olduğu kimi 270 metr uzunluğunda və 50 metr hündürlüyündə inşa ediləcək. 40 min ton ağırlındaki gəmidə 840 ədəd otaq olacaq. Titanik Palmerin tək maraqlı fikri deyil. Milyarder iş adamı dünyanın ən böyük dinozavr parkının da sahibidir. 2013-cü ildə inşası tamamlanan Palmersaurusda 160 dinozavr var.

Dennis Tito (Wilshire): Vəzifəmiz Mars

Titonun xəyalları dünya ilə sərhədlənmir. Milyarder iş adamı 2013-ci ildə Marsa 501 günlük bir səyahət üçün işlərə başladıqlarını açıqlayıb. 2018-ci ildə başlaması planlaşdırılan səyahət hazırda 2021-ci ilə təxirə salınıb lakin işlər sürətlə davam edir.

Yuri Milner: Qlobal Beyin

Milner sərvətini Facebook, Twitter və Groupon kimi şirkətlərə əvvəldən etdiyi investisiyalar sayəsində qazanıb. Uzaqgörənlik qabiliyyəti güclü olan bu milyarderin xəyalı isə qlobal bir beyin yaratmaqdır. Bu cihaz dünyadakı bütün insanların şüurlarını birlərinə bağlayacaq. Beləcə heç bir insana və ya kompüterə aid ola bilməyən süni zəkaya bənzər bir cihaz yaradacaq.

Bill Gates: Kasıblığı dünyadan silmək

Bu bəlkə də siyahıdakı ən zadəgan xəyaldır amma dünyanın ən varlı insanı da olsan bütün dünyadan kasıblığı silmək daha çox dəlisov fikirdir. Bill Gates hazırda dünyanın geridə qalmış bölgələrində səhiyyə xidmətləri və qida istehsalını artırmaq üçün yeni texnologiyalar istehsal edən bir şirkətə sahibdir. Lakin bunlar nə qədər faydalı işlər olsa da, Gatesin söylədiyi kimi 15 il içində dünyadan kasıblığı silib silə bilməyəcəyi olduqca mübahisəli bir mövzudur.

Peter Thiel (PayPal): Üzən Şəhər

Peter Thiel dövləti olmayan insan istehsalı bir ada inşa etmək üçün işlərə başlayıb. İlk mərhələdə okeanın ortasında keçirilməsi planlaşdırılan bu ada xərclər səbəbindən ertələnib. Dövlət idarəçiliyindən azad olub olmayacağı isə hələ müəmmadır.

Elon Musk: Hyperloop

Ən dəli fikirləri həqiqətə çevirən bir adam varsa o da Elon Muskdır. Ancaq fantastik filmlərdə görməyə öyrəşdiyimiz bu cihazlar Musk üçün çox da qəribə görünmür. İçinə insan yerləşdirilən bu kapsulalar çox yüksək sürətlə hərəkət edəcək. Bunun sayəsində normal şərtlər altında saatlarla sürən səyahətlər bir neçə dəqiqə içində reallaşdırılacaq.

Jeff Bezos: 10000 İllik Saat

200 metr uzunluğunda inşa edilməsi planlanan saat bir dağın altında yerləşdiriləcək. Saat hər 10.000 ildə bir dövr edəcək və hər turun sonunda fərqli bir melodiya ifa edəcək. Gücünü isə günəş enerjisindən əldə edəcək. Bezosun belə bir şey yaratmaq istəməsinin səbəbi isə insanın zaman qarşısındakı acizliyini göstərməkdir.

Dmitri Itskov: Ölümsüzlük

Rus milyarderin xəyalı insan beyninin kompüterə köçürülərək sonsuzluğa çatmasını təmin etmək. Itskov Təkamül adlı filmdə də işlənən bu fikri 2035-ci ildə reallaşdırmağı hədəfləyir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir