Zumrud

Münasibətinizi gələcəkdə daha möhkəm etmək üçün nələrə diqqət etməlisiniz? – “SEANS VAXTI”

Baxış sayı: 398

Münasibətdə cütlüklərin bir-birinin hər xüsusiyyətini sevməsi mümkün deyil. Ancaq bu xüsusiyyətlər problemlərin əsas mövzusuna çevrilirsə və həll edilməmiş qalırsa, artıq o zaman addım atmalısınız.

 

1) Qəzəbinizi tanıyın və qəbul edin

Partnyorunuza xoşlamadığınız davranışı ilə bağlı narahatlığınızı bildirsəniz belə, o bunu düzəltməyib, sonra təkrar etsə, bu artıq zamanla  qəzəbə çevrilə bilər. Ancaq bu mövzuda partnyorunuza qəzəbi əks etdirmək düzgün üsul deyil.

 

2) Sevmədiyiniz davranışları qəbul etməyə və ortaq bir nöqtəyə gəlməyə çalışın

Partnyorunuzun bəyənmədiyiniz xüsusiyyətləri sizinlə mübahisələrə səbəb olarsa, bundan imtina edin. Narahatlığınızı daim dilə gətirmək və dəyişdirməyə çalışmaq əvəzinə, onu qəbul etməyi öyrənin

 

3) Sevdiyiniz şeyləri yenidən kəşf edin

Münasibətlərdə bəzi xüsusiyyətlər illər ərzində sevgidən nifrətə dəyişə bilir. Misal üçün; 10 il əvvəl “yoldaşının  sosial olmasını xoşlayıram” deyən biri bu gün “evdə olmayanda qəzəblənirəm ” deyə bilər. Belə hallarda bəyənmədiyiniz davranışı qəbul etmək və  empatiya ilə yanaşmaq köklü bir dəyişiklik etməyə kömək edə bilər.

 

4) Problemə cütlük olaraq yanaşın

Bir çox cütlük nifrət etdikləri xüsusiyyətlər uğrunda sona qədər mübarizə apararaq münasibətlərini korlayır. Ancaq bunun əvəzinə, bəyənmədiyiniz xüsusiyyətlərə baxmayaraq, tərəfdaşınıza hörmət və sevgi göstərməyin bir yolunu tapmalısınız.

 

Zümrüd Haqverdiyeva

Bilmed Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir