ozonterapiya

Ozonterapiya nədir? – HƏKİM YAZIR

Baxış sayı: 842

Elmi olaraq ozon terapiya, ozon qazını (mənfi yüklü ionları olan üç oksigen molekulu) istifadə edən bir fiziki müalicə növüdür.

Təbii xüsusiyyətlərinə görə ozon tibbdə fəal şəkildə istifadə olunur.

 

Ozon terapiyasının əsas faydaları

1) patogen bakteriyaları, virusları, göbələkləri, kəskin və xroniki iltihab prosesinin mərkəzlərini məhv edir.

2) qanı oksigen ilə doyurur.

3) kapilyarlarda qan dövranına faydalı təsir göstərir.

4) bədəndən zəhərli maddələrin xaric olmasını sürətləndirir.

5) metabolik prosesləri yaxşılaşdırır;

6) əzələləri və sinir uclarını rahatlaşdırır, ağrıları aradan qaldırır.

7) immunitet sistemini stimullaşdırır.

8) qan tədarükünü yaxşılaşdıraraq iltihabı aradan qaldırır.

9) analjezik və detoksikasiya təsirə malikdir.

 

Ozon terapiyasının öhdəsindən uğurla gəldiyi problemlər:

1) ZƏİF İMMUN sistemi;

2) Bədənin bakterial və ya VİRAL  infeksiyalara yüksək həssaslığı;

3) Stress, daimi YORĞUNUQ;

4) Qan dövranının pozulması, HİPOKSİYA;

5) Qan mikrosirkulyasiyasının pozulması, periferik qan pozulmasi;

6) HEMATOPOEZ və HEMOSTAZın problemləri;

7) Bioloji substratların metabolik xəstəlikləri METABOLİK sindrom kimi

 

Dərmansız, fizioterapevtik müalicə metodu olaraq ozonoterapiya nəinki xəstəliklərin müalicəsinə şərait yaradır eləcədə orqanizmin ümumi statusunu yaxşılaşdırır, dərman müalicəsinin təsirini tamamlayır, ən əsası xəstəliklərin qarşısının alınmasına, orqanizmin sağlamlaşmasına və cavanlaşmasına, vaxtından əvvəl qocalmanın qarşısının alınmasına xidmət göstərir.

Ozon molekulları hüceyrə və toxumalara seçici təsir göstərir, orqanizmin orqan və toxumalarını zədələmir, əksinə olraq onları enerji ilə təmin edir. Orqanizmdə normada həll olunmuş ozon var, buna görə də onun terapevtik dozalarda istifadəsi tam təhlükəsizdir.

Ozonoterapiyanın əsas klinik effektlərindən biri qanın reoloyi xüsusiyyətlərini yaxşılaşdırmasıdır: mərkəzi və periferik qan dövranı, mikrosirkulyasiya yaxşılaşır; damar divarlarının elastikliyi bərpa olur; eritrositlərin deformasiya qabiliyyəti artır, adqeziv (yapışma) xüsusiyyəti zəifləyir və onların kapilyarlara keçməsi yaxşılaşır; qanın qatılığı azalır.

 

ozonterapiya

Ozon terapiyasının istifadəsinə əks göstərişlər

Hər hansı bir tibbi prosedur kimi, ozon terapiyası da bir sıra mütləq və nisbi əks göstərişlərə malikdir.

Mütləq:

✓tiroid hormonlarının səviyyəsinin çox artması (hipertireoz);

         ✓qanınızda az miqdarda trombositlərin olması (trombositopeniya);

         ✓qanaxma;

         ✓bədənin alkoqol intoksikasiyası;

         ✓ozona qarşı allergik reaksiya;

         ✓kəskin mərhələdə infarkt miokardı;

         ✓zehni pozğunluqlar;

         ✓qıcolmalar;

         ✓nisbi əks göstərişlər arasında: yüksək və ya çox aşağı qan təzyiqi

 

ozonterapiya 1

Ozonoterapiya orqan və toxumalara antihipoksik təsir göstərir (oksigenin hüceyrələrə çatdırılması və onun utilizasiya prosesləri yaxşılaşır).Ozonun iştirakı ilə eritrositlər oksigeni 10 dəfə çox özünə birləşdirə və daşıya bilir, buna görə də ozonoterapiyadan sonra qanın rəngi al-qırmızıya doğru dəyişir. Ozonoterapiya oksigenin qəbulunu, daşınmasını, qanın reoloji xüsusiyyətlərini, qanın qələvi turşu tarazlığını yaxşılaşdırmaqla orqanizmə hiss olunacaq antihipoksik təsir göstərir. Qanın oksigen alma qabiliyyəti ozonoterapiya kursundan sonra da 5-6 ay ərzində yüksək olur.

Ozonoterapiyanın  əsas klinik effektlərindən biri də orqanizmə antioksidant təsir göstərməsidir. Ozon sərbəst radikalları neytrallaşdıraraq orqanizmi onların zədələyici təsirindən qoruyur, toksiki oksidləşmə məhsullarının əmələ gəlməsinin qarşısını alır.

OZON oksigen qarışığını qəbul edən insan güc, enerji gəlişi hiss edir, yorğunluq gümrahlıq hissi ilə əvəz olunur. Bu hal ildırımlı, yağışlı havadan sonra meşədə gəzən hər kəsə məlumdur .Təmizlik, yüngüllük, təravətlilik hissini havada olan ozon O3 molekulları yaradır.

 

Qan yaranma stimullaşır

Qanın detoksikasion (zərərli birləşmələrdən təmizlənmə) potensialı qalxır

Bütün növ bakteriyalara, viruslara,göbələklərə və ibtidailərə məhvedici təsir göstərir

İltihab əleyhinə təsir göstərir; ümumi və yerli müdafiə sistemlərini (immuniteti) stimullaşdırır, orqanizmin şiş əleyhinə rezistentliyini artırır.

Toxumaların qidalanmasını, regenerasiyasını yaxşılaşdırır; yaraların epitilizasiya və sağalmasını intensivləşdirir.

Həkim olaraq, sizə məsləhət verirəm OZONOterapiya haqqında daha geniş öyrənin və MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə gəlin. Təbii ki həkim nəzarəti altında ozonotetapiya kursundan keçin və sağlam olun.

 

Rəna Bayramova

MayoMed klinikasının pediatr və kliniki dietoloqu

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə və ya 055 254 05 03,  +970 567 874 745 whatsapp nömrəsi ilə birbaşa Rəna Bayramova ilə kontakt qura bilərlər)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir