pehriz

Pəhriz saxlamaq bu məsləhətlərlə daha asan olacaq

Baxış sayı: 150

Çəki atmaq və daha incə görünmək üçün pəhrizə qərarlı şəkildə davam etmək lazımdır. Amma çox vaxt bəzilərimiz davamlı pəhrizi bacarmırıq. Çoxumuzda “bunu da yeyim, birinci gündən pəhriz saxlayacam”, pəhriz saxlamağı bacarmıram kimi bəhanələr çox olur. Bu bəhanələri həyatınızdan tamamilə çıxarıb, pəhriz saxlamaq bacarığına sahib olmağınız üçün sizinlə bəzi məsləhətləri paylaşırıq.

Hiss edərək yemək

Çox vaxt sürətli və nə yediyimizi hiss etmədən yeyirik. Lakin beynimizə “doydum” siqnalı yeməyə başladıqdan 20 dəqiqə sonra çatır. Əgər yediyimiz yeməyin müddəi 5-10 dəqiqə davam edirsə, bu zaman biz özümüzü tox hiss etmirik. Bu səbəblə də, daha çox yemək istəyirik. Nəticədə isə daha artıq kalori qəbul etmiş oluruq.

Emosional yemək yeməyin əngəllənməsi

Əgər stres, əsəb, sevinc, kədər kimi emosional hallardan qaynaqlanaraq özümüzü “yeməyə veririksə”, əmin olun ki, daha çox yemək yeyəcəyik. Eyni zamanda da, yemək bütün bu emosional halları qısa müddətdə qarşılayır, amma bizə uzun müddətlik artıq çəkiləri “hədiyyə edir”.

Idman

İdman etməmək üçün əkrəsiyyətimiz bəhanələr edirik ki, vaxtım yoxdur, cəhd edə bilmərim və s. Amma alınan kalorini azaltmaq və pəhrizə dəstək vermək üçün idman əsas amildir.

Zəif insanlar kimi düşünmək

Düşüncələrimiz hərəkətlərimizi müəyyən etməyimizdə bizə kömək olur. Yemə və kalori yandırmaq mövzusunda zəif insanlar kimi düşünə bilsək, bu zaman pəhriz saxlamaq da bizə asan olacaq. (Foxy.az)

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir