yemeye ne var

Pandora salatı belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 587

“Gencaile.az” saytı “Yeməyə nə var?” rubrikasında göbələk sevənlər üçün dadlı və tez hazırlanan salatı təqdim edəcək. Beləliklə, tez başa gələn və ləzzətli “Pandora” salatının reseptini təqdim edirik.

 

Tərkibi:

500 qr şampinyon göbələyi

150 qr bərk pendir

1 banka konservləşdirilmiş qarğıdalı

1 ədəd soğan

bitki yağı

duz, istiot

mayonez

pandora salati

 

Hazırlanma qaydası:

İlk öncə göbələkləri yuyub, kağız dəsmalla yaxşıca qurulayıb xırda orta böyüklükdə doğrayın. Xırda doğranmış soğanı tavada bitki yağında qovurun. Qızılırəng olanadək qovrulan soğana xırda doğranmış göbələkləri, duz və istiot da əlavə edib 5-10 dəqiqə bişirib ocaqdan götürün. Qovrulmuş göbələkləri başqa bir qaba tökün və rəndələnmiş pendir əlavə edib qarışdırın. Pendiri göbələklərə isti halda əlavə edin ki, pendir ərisin. Pendirli göbələk qarışığına konservləşdirilmiş qarğıdalı dənələri və mayonez töküb qarışdırın. Salat hazırdır. Bir az kənarda və ya 15 dəqiqə soyuducuda saxladıqdan sonra süfrəyə verə bilərsiniz.

 

Təqdim etdi: İlahə Atəş




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir