kelem-cugundur

Payızda bu 2 tərəvəz hər gün yeyilməlidir

Baxış sayı: 351

Payızın 2 super ərzağı var, onların qəbulu bir çox xəstəliklər, o cümlədən xərçəngin profilaktikasında rol oynayır.

Həkim Yelena Tixomirova payızda kələm və çuğundur yeməyin vacibliyini qeyd edir: “Bu 2 ucuz tərəvəz antosian-antioksidant tərkiblidir. Sərbəst radikalları zərərsizləşdirir. Sərbəst radikallar hüceyrələrdə bədxassənin aktivləşməsinə səbəb olur. Çuğundur nə qədər tünd olsa, bir o qədər yaxşıdır. Çuğundur həzm sisteminə də yaxşı təsir edir. Qəbizliyi əla aradan qaldırır. Onda həll olan çox miqdarda bitki lifi var. O ki, qaldı kələmə, onda çox miqdarda C vitamini var.

Kələmdə elə maddə var ki, qadınlarda döş xərçənginin qarşısını alır.

Üçüncü vacib ərzaq balqabaqdır. O, orqanizmi A vitamini ilə təmin edir. Hormonal balansı tənzimləyir”, – həkim qeyd edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir