geyim

Payızın ən uğurlu rəng kombinləri

Baxış sayı: 358

Rəngçilik asan elm deyil. Rəngləri düzgün qarışdırmaq bacarığı obrazınızı tamamilə yeni səviyyəyə qaldıra və ən kiçik səhv ən qüsursuz paltarı belə məhv edə bilər. Bu mövsümün aktual çalarlarını birləşdirməyi asanlaşdırmaq üçün onların uğurlu ahəngini seçməyə qərar verdik.

Beləliklə, oxucular həmişə dəbli və bahalı görünən rəng birləşmələrlə tanış edirik:

 

Qırmızı + qəhvəyi

Tory Burch осень-зима 2023/24

Qırmızı mövsümün əsas rəngidir. Bir çox dizaynerlər onu təpədən dırnağa qədər geyinməyi təklif edirlər, lakin bir çoxları üçün bu texnika çox riskli görünə bilər. Bununla belə daha sakit alternativlər var. Qırmızı qara və açıq boz ilə birləşdirilə bilər, lakin biz başqa bir rəng təklif edirik. Təbii ki, söhbət qəhvəyi rəngdən gedir. Qəhvəyi çox funksional olmasa da, kifayət qədər təsirlidir. “Tory Burch” şousunda olduğu kimi qırmızını onun bir neçə tonu ilə birləşdirməyə çalışın.

 

Bej + boz

Miu Miu осень-зима 2023/24

Qarderobun əsas rənglərini birləşdirən möhtəşəm bir hiylə var. Ansamblınızdakı rənglərdən biri eyni anda bir neçə çalarlarda təmsil olunmalıdır. Miuççiia Prada bu texnikadan istifadə etmək qərarına gəldi. O, boz çalarındakı əşyaları “dəvə” tonları kimi tanınan bej palto ilə təmamalayıb. Ayrı-ayrılıqda, bu rənglər klassik olsa da, olduqca darıxdırıcıdır, lakin birlikdə çox gözəl və bahalı görünən obraz meydana gətirirlər.

 

Tünd firüzəyi + kərə yağı

Lanvin осень-зима 2023/24

Boz və bej hər hansı bir birləşmədə sizə darıxdırıcı görünürsə, daha mürəkkəb çalarlara müraciət edin. Tünd firuzəyi əla seçim ola bilər: çoxşaxəli mavi və yaşımtıl rəng adi saf çalarların fonunda daha orijinal görünəcək, eyni zamanda olduqca çoxyönlü olaraq qalacaq. Siz onu palitranın istənilən əsas rəngi ilə birləşdirə bilərsiniz, lakin biz kərə yağı çalarları ilə birləşməsini sınamağı məsləhət görürük. O, keçən mövsüm hit oldu və bu mövsüm də əhəmiyyətini itirməyi planlaşdırmır. “Lanvin” şousundakı gözəl bir nümunə bir daha onu sübut edir ki, sözügedən çalarlar sadəcə bir-biri üçün yaradılıb.

 

Şokolad + krem

Saint Laurent осень-зима 2023/24

Qırmızı geyinməyə hazır deyilsinizsə, qəhvəyi çalarlarını kremlə birləşdirməyə çalışın. Onlar qara və ağın birləşməsinin daha yumşaq və daha nəcib bir versiyasıdır, həm də universal olaraq qalır. Ən önəmlisi odur ki, bayağı görünmür. “Saint Laurent” kolleksiyasından olan şəkillərə baxmaq kifayətdir. Fotolarda rənglərdən biri üstünlük təşkil etsə və ya daha az yer tutsa də, bu rəng birləşməsi istənilən halda mükəmməl görünəcək.

 

Zoğalı + ağ

Bottega Veneta осень-зима 2023/24

Zoğalı çalarları – bu rəng obrazda yeganə vurğu olmalıdır. Eyni zamanda, ona neytral bir rəng əlavə edə bilərsiniz, bu fənd tünd qırmızı rəngi daha da parlaq göstərəcək. “Bottega Veneta” kolleksiyasında dizayner bu məqsədlə tünd qırmızı ilə qar bəyazı istifadə etmək qərarına gəldi. Bu rəngləri müxtəlif nisbətlərdə qarışdıra bilərsiniz – nəticə istənilən halda sizi sevindirəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir