tort

Peçenyedən hazırlanan 5 şirniyyat – “ŞİRİN SÜFRƏ”

Baxış sayı: 393

Bu gün dadlı şirniyyatla özünüzü və yaxınlarınızı mükafatlandırmaq istəyirsiniz? Hazırlanması asan olsun, lakin dadından da doyulmayan şirniyyat axtarışındasınız? Bəs peçenye necə, sevirsiniz?

“Gencaile.az” saytı instagram sosial şəbəkəsindəki  “my_ sweet_house_1” səhifəsinə istinadən oxucularımızın görüşünə gələn “Şirin süfrə” rubrikasında bu dəfə sizə tez hazırlanan, asan, lakin çox dadlı peçenyeli şirniyyat resepti məsləhət görür:

 

1. Peçenyeli trüffel

Bol söhbətli yay axşamlarında çayınızın yanında təqdim edə biləcəyiniz peçenyeli şirniyyat toplarını hazırlamaq çox asandır.

Peçenyedən hazırlanan – 5 ASAN ŞİRNİYYAT RESEPTİTrüffel üçün lazım olan məhsullar

300 qr. peçenye
1 stəkan təmizlənmiş qoz ləpəsi
1 yemək qaşığı Nescafe
1 paket qaymaq
2 yemək qaşığı Nutella
1 yemək qaşığı kərə yağı
Üzəri üçün:
Kokos qırıntısı
Qoz ləpəsi
Püstə
Şokolad qırıqları
“Yubileynoe” peçenyesi – 300 qr
Banan – 2 əd.
Xama – 2 əd.
Kakao tozu – 2 x/q.
Tünd dəmlənmiş çay (yaxud süd) – 100 ml

 

Hazırlanma qaydası:

Peçenyelər mətbəx blenderinin köməyi ilə un halına gələnədək əzilir yaxud əl ilə ovxalanır.

Qoz ləpəsi, nescafe, qaymaq, Nutella və kərə yağının da yer aldığı bir qaba ovulmuş peçenye əlavə edilir və yoğrulur. Alınan xəmir yumşaq, dağılmayan konsistensiyada olmalıdır.

Hazırlanan xəmirdən zövqə uyğun böyüklükdə hissələr ayrılır və yuvarlaq toplar hazlına gətirilir.

Peçenyeli trüffellər kokos, qoz və ya püstə qırıntısı, eləcədə şokolad qırıqlarına batırılaraq bir boşqaba düzülür. Hazır toplar soyuducuya qoyulduqdan yarım saat sonra gözəl dəmlənmiş çay ilə birlikdə təqdim oluna bilər.

Qeyd: Şirniyyatın tərkibində yumurta olmadığı üçün soyuducuda 3 günə qədər ağzı qapalı qabda saxlanıla bilər.

 

2. Bişirilmədən hazırlanan bananlı və peçenyeli tort

Meyvəli və asan hazırlanan tort resepti axtarırsınız? Büdcəli , tez hazırlanan və çox dadlı olsun istəyirsiniz? O zaman bu resept sizin üçündür!

Peçenyedən hazırlanan – 5 ASAN ŞİRNİYYAT RESEPTİBananlı-peçenyeli tort üçün lazım olan məhsullar:

“Yubileynoe” peçenyesi – 300 qr
Banan – 2 əd.
Xama – 2 əd.
Kakao tozu – 2 x/q.
Tünd dəmlənmiş çay (yaxud süd) – 100 ml

Hazırlanma qaydası:

Tort üçün çox dəymiş bananlar seçmək lazımdır, belə bananlar tortu daha ləzzətli edəcək. Xama yağlı və qatı teksturalı olmalıdır.

Peçenyeləri isladmaq üçün tünd dəmlənmiş çay, yaxud ilıq süddən istifadə etmək lazımdır. Əvvəlcə, peçenyeləri çaya (südə) batırın.

Sonra islanmış peçenyeləri içərisi qida plyonkası ilə örtülmüş kənarları hündür formaya düzmək lazımdır. Tortun ölçüsünü özünüz seçirsiniz, bizim istifadə etdiyimiz qaba 3×2 ədəd peçenye yerləşir. Hündürlüyünü isə 3 sıra nəzərdə tutmuşuq.

Peçenyelərin üzərinə xama çəkin (əgər istifadə etdiyiniz xamada turşluq varsa, içərisinə bir az şəkər pudrası da qata bilərsiniz).

Bananları təmizləyib 1 sm qalınlıqda halqalar şəklində kəsirik və xamanın üzərinə düzürük.

Beləliklə bu prosesi daha 2 dəfə təkrar edirik. Axırıncı sıranın üzərinə banan düzmürük. Sonda üzərinə ələklə kakao tozu səpirik. Tortu 2-3 saatlıq soyuducuya qoymaq və süfrəyə formadan çıxararaq dayaz qabda təqdim etmək tövsiyə olunur.

Ləzzətli tortumuz hazırdır!

 

3. Yoqurt və peçenyeli tort

Dadlı, faydalı və sadə hazırlanan peçenye əsaslı, jelatin və yoqurtlu tort.

Peçenyedən hazırlanan – 5 ASAN ŞİRNİYYAT RESEPTİYoqurt və peçenyeli tort üçün lazım olan məhsullar:

Kövrək peçenye – 200 qr
Yoqurt – 500 ml
Kərə yağı – 60 qr
Jelatin – 4 çay qaşığı
Su – 250 ml
Dondurulmuş və ya təzə giləmeyvələr – 100 qr
Şəkər – zövqə görə

Hazırlanma qaydası:

Tort hər zaman insanlara bayram əhval-ruhiyyəsi gətirir. Odur ki, yaxınlarınızı, elə lap özünüzü bayram əhval-ruhiyyəsi ilə mükafatıandırın. Sizinlə yüngül, giləmeyvəli, əsl yay tortunun reseptini paylaşmaq istərdik. Giləmeyvələri sevdiyiniz digər meyvələrlə əvəzləyə bilərsiniz. Peçenye bu tortda bünovrə rolunu oynayacaq. Beləliklə, başlayaq:

Əvvəlcə jelatinin üzərinə qaynadılmış su əlavə edirik şişməsi üçün 20 dəqiqə ara veririk.

Digər tərəfdə blenderin köməkliyi ilə peçenyeni un halına gətirənədək əzirik və üzərinə kərə yağı əlavə edib qarışdırırıq. Alınan kütləni tort formasının içərisinə boşaldırıq və qaşığın arxa tərəfinin köməyilə üzərindən döyürük ki, tortun alt təbəqəsi möhkəm olsun. Tort üçün formanı nazik qida plyonkası ilə döşəmək lazımdır ki, hazır tortu formadan asan çıxarmaq olsun.

Kənarda şişmiş jelatin kütləsini su buxarında əridirik və yoqrutla qarışdırırıq. Yoqurt otaq temperaturunda olmalıdır. Alınan kütləyə giləmeyvələri bərabər düzürük. Yoqurtlu qarışığı formaya tökürük və tam soyuyana qədər 1-2 saatlıq soyuducuya qoyuruq. Yoqurtlu tort tamamilə bərkidikdən sonra formadan çıxarıb boşqaba yerləşdiririk və təzə dəmlənmiş ətirli çay ilə süfrəyə veririk.

 

4. Qatılaşdırılmış süd və peçenyeli tort

Qatılaşdırılmış südü sevməyən çətin tapılar. Çoxları üçün bu dad uşaqlığı xatırladır. Üstəlik sevimli peçenye ilə təqdim edildikdə, dadından doymaq olmaz.

Peçenyedən hazırlanan – 5 ASAN ŞİRNİYYAT RESEPTİQatılaşdırılmış süd və peçenyeli tort üçün lazım olan məhsullar

Peçenye – 250 qr
Kərə yağı – 150 qr
Bişmiş qatılaşdırılmış süd – 180 qr
Bəzək üçün: şokolad; şəkər pudrası yaxud kokos qırıntısı istifadə etmək olar.
1,5 paket “petit beurre” və ya az şəkərli, kövrək hər hansı başqa peçenye
1 litr süd
2 x/q nişasta
1 x/q un
1 əd. yumurta
1 paket kakao (25 gr),
1 paket vanilin
Peçenyeləri islatmaq üçün əlavə olaraq 1 kasa süd
Kokos

Hazırlanma qaydası:

Bu tortu da hazırlamaq üçün soba qarşısına keçməyə gərək yoxdur. Hazırlanma prosesi də sadəcə asan deyil, çox asandır. İnqrediyentlərinə baxaraq da buna əmin olmaq olar.

Beləliklə, keçək hazırlama qaydasına: Kərə yağı və qatılaşdırılmış südü tam bir-birinə qarışanadək mikserlə qarışdırırıq. Peçenyeni xırda parçalara ayırırıq, bir hissəsini un halına gətiririk, bir hissəsi isə elə xırda parçalarda saxlayırıq. Bu, sonda torta xüsusi ləzzət qatacaq. Peçenyeni də qatılaşdırılmış süd və yağı qarışımının içinə əlavə edirik və yenə qarışdırırıq və alınan qarışımı içərisi qida plyonkası ilə örtülmüş xüsusi formaya yerləşdiririk. Formanı 1-2 saatlıq dondurucuya qoyuruq. Kütlə donana qədər, sürtkəcdə şokoladı sürtürük. Donmuş tortu formadan çıxarırıq. Sürtkəcdən keçirilmiş şokoladla üzərini bəzəyirik.

 

5. Peçenye və kakaolu tort

Qeyd etmək üçün xüsusi tarix yoxdursa belə, dadlı şirniyyat hər zaman yaxşı fikirdir! J Elə isə, bu fikri vaxt itirmədən dəyərləndirək!

Peçenyedən hazırlanan – 5 ASAN ŞİRNİYYAT RESEPTİPeçenye və kakaolu tort üçün aşağıdakı məhsullar lazımdır:

1,5 paket “petit beurre” və ya az şəkərli, kövrək hər hansı başqa peçenye
1 litr süd
2 x/q nişasta
1 x/q un
1 əd. yumurta
1 paket kakao (25 gr),
1 paket vanilin
Peçenyeləri islatmaq üçün əlavə olaraq 1 kasa süd
Kokos
Bəzək üçün:

Kokos

Hazırlanma qaydası:

Südü, nişastanı, unu, şəkəri, yumurta və kakaonu bir qazanda orta ocaqda bişirmək lazımdır. Bişirilən kütlə qaynamağa başladıqda vanilin əlavə edilərək qarışdırıb ocağın altını söndürürük. Tortun formadan asan çıxması üçün şüşə, kvadrat formalı qabı bir az islatmaq lazımdır. Peçenyeləri südə batırıb şüşə qabın içinə düzürük, üzərinə səthini tam örtəcək qədər isti qarışımı əlavə edirik. Sonra isladılmış peçenyelərlə tortun ikinci sırasını düzürük və isti qarışımla üzərini örtürük. Eyni prosesi daha 1-2 dəfə təkrar edirik. Tortu kokosla bəzəyirik və tam soyuyanadək soyuducuda saxlayırıq. Soyuduqdan sonra süfrəyə verin və ailə üzvlərinizi bir yerə toplayıb nuş edin.

Sonda xatırlatmaq istərdik ki, bu dadlı şirniyyatların hazırlanması üçün lazım olan məhsulları Simpla-dan sifariş edə və sifarişinizi heç hara getmədən, istədiyiniz ünvanda əldə edə bilərsiniz.

 

Damaq dadınıza uyğun tortların sifariş olunması üçün aşağıdakı səhifəyə müraciət edə bilərsiniz.

https://www.instagram.com/my_sweet_house_1/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir