Pedofil

Pedofillərin sayı artır – VALİDEYNLƏRİN MENYUSUNA

Baxış sayı: 420
“Pedofiliya psixi pozuntudur. Özündən yaşca kiçik, kəskin yaş fərqi olan insanlara qarşı cinsi meyildir”.

Bunu psixoloq Elnur Rüstəmov Bakıda pedofilin uşağı qorxutduğu iddiası ilə bağlı danışarkən dedi. Onun sözlərinə görə, adıçəkilən xəstəlikdən əziyyət çəkən insanlar getdikcə artır:

“Lakin hazırda həmin şəxslərin statistikasını aparmaq bir qədər çətindir. Çünki cəmiyyətdə sözügedən insanların bir qismi mövcud problemdən əziyyət çəkdiklərinin fərqində deyil, digər hissəsi isə bunu gizlədir. Maarifləndirmə işləri aparmaq görəcəyimiz əsas tədbirlərdəndir. Nəticədə insanlar artıq məlumatlı olacaqlar. Ancaq maarifləndirmə işinin düzgün aparılması da önəmli nüansdır. Pedofiliyaya düçar olan adamı valideynləri, yaxınları, doğmaları müşahidə edə bilər. Dərhal bu cür insanların reabilitasiyası üçün tədbirlər həyata keçirilməlidir. Həmin şəxsin and içməsi, bir daha etməyəcəyi barədə söz verməsi ilə məsələyə yanaşmaq yalnız laqeydlik sayılar. Çünki bir insanın həyatından söhbət gedir. Ona görə də vaxtında aşkarlanmalıdır”

 

Mütəxəssis diqqətə çatdırır ki, insan özündə belə bir hal müşahidə edərsə, mütləq şəkildə psixoloji dəstək almalıdır:”Belə durumlarda qanunvericiliyə uyğun şəkildə sərt tədbirlər görülür. Bu da faydalıdır. Hüquqi cəhətdən addımların atılması pedofillərin bu işdən müəyyən qədər çəkinməsinə rəvac verə bilər. Bütün hallarda valideynlər diqqətli olmalıdırlar. Övladları ilə profilaktik söhbətlər aparmalıdırlar. Ətrafda pedofiliyadan əziyyət çəkən insanlar gördükdə onu reabilitasiyaya, müalicə almasına təşviq etməlidirlər. Bu gün psixoloji problemdən əziyyət çəkən insanların artmasını texnologiya əsri, internet resurslarının çoxalması, pornoqrafiyanın hansısa formada yayılması ilə əlaqələndirirlər. Bu da doğru təsbitdir. Valideynlərin üzərinə daha çox yük düşür. Uşaqlar yeni dövrün tələblərinə uyğun böyüdülməlidirlər”.

Qeyd edək ki, Bakıda pedofilin uşağı qorxutduğu iddia edilir. Şikayətçi Binəqədi rayonu Rəsulzadə qəsəbəsinin sakinidir. Qəsəbə sakini bildirib ki, pedofil onun qızını qorxudub. Həmin görüntülər nəzarət kamerasında öz əksini tapıb. Videoda 35-40 yaşlı kişinin velosiped sürən qızın arxasınca getdiyi, daha sonra qorxmuş uşağın cəld ondan qaçdığı açıq-aydın görünür.

Şücayət Mehti



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir