Nermine Abbasova

Qəhvə bizi hansı xəstəliklərdən qoruyur?

Baxış sayı: 478

Gündəlik həyatımızda istifadə etdiyimiz qəhvə  bəzi ciddi xəstəliklərin inkişafı riskini xeyli azaldır. Son illər ərzində aparılan araşdırmalar nəticəsində məlum olub ki, qəhvənin müntəzəm istehlakı orqanizmi bu xəstəlik və pozulmalardan qoruyur:

bas agrisi

Sinir xəstəlikləri

Yaşlanma üzrə Milli İnstitut və Con Hopkins Universitetinin alimlərinin apardıqları araşdırma nəticəsində məlum olub ki,  metilksantinlər kimyəvi birləşməsinə aid maddələr var. Tədqiqatçılara görə, metilksantinlər sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərir, zehni fəaliyyəti aktivləşdirir,insult zamanı neyronların ölümünün qarşısını alır.

diabet_1024x683_1024x480_6d3b14d15b775636fb348ab32c9142bd

 

Şəkərli diabet

Qəhvə mədəaltı vəzi qlükozaya olan həssaslığını artırır və bu səbəbdən mədəaltı vəz qanda şəkərin dəyişilməsinə daha davamlı olur və bu da diabetin inkişafı riskini azaldır.

Altsheymer

Altsheymer və parkinson xəstəliyi

Bu xəstəliklər məhz beyinin qocalması ilə bağlıdır. Araşdırmalar göstərib ki, qəhvə beyinin qocalmasını ləngidir. Alimlər gündə 6 fincana qədər təbii qəhvə içməyi tövsiyə edir. Hər insan istehlak etdiyi qəhvənin miqdarını özü təyin etməlidir. Əgər növbəti fincandan 20 dəqiqə sonra nəbziniz və təzyiqiniz hiss olunacaq dərəcədə artıbsa, deməli, bu fincan artıq idi və qəhvənin istehlakını bir qədər azaltmaq lazımdır.

qaraciyer

Qaraciyər sirrozu və digər qaraciyər xəstəlikləri

Alimlər çox maraqlı bir fakt aşkar ediblər. Tez-tez qəhvə içən içki düşkünlərində qaraciyər sirrozuna daha az hallarda təsadüf edilir. Aşkar olunub ki, qəhvə güclü hepaprotektora, yəni qaraciyər hüceyrələrini qoruyan xüsusiyyətlərə malikdir və qaraciyər hüceyrələrini spirtli içkilərin və ziyanlı maddələrin təsirinə daha davamlı edir. Lakin alimlər spirtli içkiləri qəhvə ilə birlikdə içməyi tövsiyə etmir ki, qəhvənin tərkibində olan kofein spirtli içkinin orqanizmə olan təsirini daha da artırır. Həmçinin qaraciyərin ciddi xəstəlikləri zamanı qəhvənin istehlakı məsləhət deyil.

 

Nərminə Abbasova

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi 

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir