1340461137-477

Qadınlar üçün gözəllik sirləri

Baxış sayı: 2. 075

Qışda dərini necə təravətləndirməli?

QIRIŞLARA QARŞI BANAN MASKASI

Tərkibində banan olan maskalar dərini cavanlaşdırır. Maska hazırlamaq üçün yetişmiş bananı yaxşıca əzmək, daha sonra ona qaymaq və kartof unu əlavə etmək lazımdır. Maskanı qatı xama şəklinə düşənə qədər qarışdırın. Maska 2 qat qoyulur. Əvvəlcə üzə nazik təbəqə sürtün, quruduqdan sonra ikinci qat çəkin. Sonra maskanın üzərinə tənzif və nazik qat pambıq qoyub, örtün. Maska yarım saat saxlanmalıdır. Sonra ilıq suda islanmış pambıq tamponu ilə onu silib təmizləyin.
Banan maskasını günaşırı 20 gün ərzində qoymaq lazımdır. Təkrar kurs 30-60 gündən sonra aparılır.

ÇİLLƏRDƏN QURTULMAQ ÜÇÜN…

* Yarım almanı xırda doğrayıb əzin. Ora həmçinin 1 xərək qaşığı bal, 1 çay qaşığı askorbin turşusu (C vitamini), 1 ədəd yumurta sarısı, 1 xörək qaşığı alma sirkəsi, 3 xörək qaşığı bitki yağı əlavə edin. Üzdə 30 dəqiqə saxladıqdan sonra yuyun. Maskanı istənilən tipdə olan dəriyə tətbiq etmək olar.
*  4 çay qaşığı zəncirotu kökünü 1,5 stəkan suda 15 dəqiqə ərzində bişirin. Hazırlanmış həlimi soyudub, filtrdən keçirərək, mütəmadi dəriyə çəkin.
* Baş soğanı kəsərək, bir neçə dəfə dəriyə çəkin. Ancaq təzə kəsilmiş soğan fayda verir.
* Təzə cəfəri yarpaqlarını əzərək, gün ərzində 2 dəfə üz dərisinə çəkin.
DUZ MASKASI

Duz dezinfeksiyaedici və quruducu vasitə kimi hələ qədim dövrlərdən tətbiq olunur. Üzdəki sızanaqları qurutmaq və yeni iltihabların qarşısını almaq üçün bu maska kömək edə bilər: 2 xörək qaşığı duzu 1 litr  isti suda əridin və məhlulu bir qədər soyudun. Çox da böyük olmayan pambıq dəsmalı həmin məhlulda isladın və 3-4 dəqiqə üzünüzdə saxlayın (gözünüzü yumun). Bu əməliyyatı bir neçə dəfə təkrar edin. Sonra üzünüzü ilıq su ilə yuyun və yumşaldıcı krem çəkin.
ADAÇAYI İLƏ GÖZALTI TORBACIQLARDAN QURTULUN!

Müalicəvi bitki olan adaçayı (sürvə) dərini qidalandırır və dezinfeksiya еdir. 1 çay qaşığı adaçayının üzərinə 1 stəkan qaynar su tökün və qapaqlı qabda 10-15 dəqiqə saxlayıb, süzün. Məhlulun yarısını soyuducuda saxlayın, o biri yarısını isə odda yüngülcə qızdırın. Göz qapağına növbə ilə 10 dəqiqə ərzində gah isti, gah da soyuq pambıq tamponları qoyun. Bu əməliyyatı yatmamışdan qabaq günaşırı etdikdən sonra gözün ətrafındakı dəriyə xüsusi krem çəkin.
YAĞLI DƏRİ ÜÇÜN MASKA

Şərqdə üz dərisinə qulluq üçün kəsmik qədimdən istifadə edilirdi. 2 çay qaşığı kəsmiyi eyni bərabərdə meyvə və ya tərəvəz şirəsi ilə qarışdırın, ¼ çay qaşığı duz əlavə edərək yenə qarışdırıb üzə çəkin, 10 dəqiqədən sonra maskanı ikinci dəfə çəkin. 5 dəqiqədən sonra  maskanı götürmək və duzlu su ilə təmizləmək lazımdır. Sonda nəmləndirici krem çəkmək lazımdır.
HƏSSAS DƏRİNİ YUMAQ ÜÇÜN CÖVHƏR 

Hərəsindən 1 çay qaşığı olmaqla nanə, çobanyastığı, dazıotu və cökə götürün, üzərinə 2 stəkan qaynar su töküb, 1 saat saxlayın. 1 çay qaşığı qliserin də əlavə edərək vaxtaşırı bu maye ilə üzünüzü yusanız dəriniz təravətli və gözəl görünəcək.
Yaxud 2 ovuc buğda dənini 1 litr suda 20 dəqiqə qaynadın. Həlimi süzüb, soyudun. Bu maye ilə hər gün üzünüzü yuyun. Bu həlim quru və həssas dəriyə müalicəvi təsir göstərməklə iltihabı aradan qaldırır.
TƏMİZLƏYİCİ LOSYON

Bərabər miqdarda nanə, çobanyastığı çiçəyi, üvəz (quşarmudu) yarpağı və meyvələri, eyni zamanda yarım limon qabığını qarışdırıb, 3 stəkan qaynar suda dəmləyin, 30 dəqiqə zəif od üzərində saxladıqdan sonra soyumağa qoyun. 8-12 saat sonra həmin qarışığa 2 xörək qaşığı araq və eyni miqdarda qliserin əlavə edin. Hazır olmuş məhlulla üzünüzü təmizləyin. Bu losyonu yağlı, məsaməli, quru və solmuş üz dərisi üçün istifadə etmək məsləhətdir.

gencaile.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir