seks

Qadınların kişilərdə axtardığı 5 seksi ÖZƏLLİK

Baxış sayı: 685

Qadınlar partnyor seçimində kişilərə nisbətən daha kaprizli olurlar. Onlar üçün görünüş hər şey deyil. Şəxsi qayğı və zəka kimi faktorlar qadınların kişilərdə bəyəndiyi amilləin önündədir.

Kişilərin hər zaman xoş qoxusunun olması vacibdir. Heç bir qadın tər qoxuyan kişi ilə yaxın olmaq istəməz.

Üstəlik, həqiqətən gözəl qoxu olan kişi istənilən qadının diqqətini çəkə bilər. Odur ki, bir qadını heyran etmək istəyirsinizsə, özünüzə uyğun və ona sizi xatırladan ətir seçməlisiniz.

 

Cəlbedici səsi olan kişilər, çox yaraşıqlı olmasalar belə, bütün diqqətləri üzərinə çəkməyi və qadınları heyran etməyi bacarırlar.

Şux qamət üçün gözəl və qəşəng geyinmək çox vacibdir. Bu, dünyanın ən bahalı brendlərinin paltarlarını geyinmək demək deyil.

Rəng harmoniyası, təmiz və ütülü paltar qadın üçün hər zaman önəmlidir.

Söhbət IQ ballarından və ya kişilərin nə qədər ağıllı olmasından getmir… Seksi olan çevik düşünmək bacarığı, öyrənmək həvəsi və instinktiv olaraq həqiqətə çatmaqdır.

İnsan nə qədər yaxşı olsa da, ağlı ilə heyran etmədiyi təqdirdə, uyğunsuzluq olacaq.

Qadının nə istədiyini və nə etməli olduğunu onun baxışlarından, mimikasından, səsindən anlayan kişilər həmişə seksual olurlar.

Qadınlar onlara əhəmiyyət verən kişiləri cəlbedici hesab edir və onların istəklərini diqqətdən kənarda qoymurlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir