qozlu toyuq budu

“Qozlu toyuq budu” necə hazırlanır? – RESEPT

Baxış sayı: 617

Axşam yeməyinə nə bişirəcəyiniz sizi çox düşündürürsə, “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasına göz ata bilərsiniz. Bu dəfə sizə həm dadlı, həm də praktik bir yemək resepti təqdim edirik: “Qozlu toyuq budu”.

 

Ərzaqlar

Toyuq – 2 ədəd

Qoz – 100 qram

Alça turşusu – 2 x.q.

Baş soğan – 2 ədəd

Kartof – 5-6 ədəd

Bitki yağı

Duz, istiot

İçliyin hazırlanması

Soğan xırda doğranılır, yağda qovrulur. Üzərinə üyüdülmüş qoz, alça turşusu, duz, istiot əlavə edilib qarışdırılır.

Hazırlanması

Toyuğun budu ayrılır. Dərini saxlamaqla budun əti sümükdən çıxarılır, döyülür, duz, istiot vurulub, üzərinə içlik qoyulur. Bud sümüyü baş hissəsi saxlanılmaqla sındırılıb çıxarılır. Toyuğun döş əti maşından keçirilir, duz, istiot əlavə edilib buda bükülür. Kotlet formasına salınıb, hər tərəfinə yağ çəkilir. Budları bişirəcəyiniz formaya folqa salınır, yağ çəkilir, toyuq budları və təmizlənmiş kartoflar düzülür. Yemək əvvəlcədən 240 dərəcəyədək qızdırılmış sobada 40 dəqiqə bişirilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir