maska

Sipər maskalar və digərləri… – FƏRQ VARMI?

Baxış sayı: 844

Son zamanlar koronavirus infeksiyasından qorunmaq üçün sipər maskalardan istifadə edənlərin sayı artır. Bu maskalardan Azərbaycanda da istehsal olunur. Mütəxəssislərin fikrincə, maskanın necəliyindən asılı olmayaraq, məqsəd xəstəlikdən qorunmaqdır.

Ölkənin baş infeksionisti Cəlal İsayev bildirir ki, şüşə-şəffaf sipərlər və digər maskaların elə bir fərqi yoxdur: “İstənilən qoruyucu maska xəstəliyi daşıyan insanın virusu ətrafa yaymasının qarşısını almaq məqsədi daşıyır. Heç kim virus gəzdirən olmaqdan sığortalanmayıb. Çünki insanların hamısında xəstəlik kliniki olaraq özünü büruzə verməyə bilər. Xəstəlik əlamətsiz keçsə də, virusu ifraz etməkdə davam edə bilər. Belə insanlar ətrafdakılar üçün xəstələrdən daha təhlükəlidir. Maskalardan istifadə isə virusun yayılmasının müəyyən dərəcədə azalmasına səbəb olur”.

Həkimin sözlərinə görə, özünü sağlam hesab edən insanın da virusu ifraz etməsi mümkün olduğundan maska taxması yaxşı haldır: “Maska taxmaqla insan həm özünü, həm də ətrafdakıları xəstəliklərdən müəyyən qədər qorumuş olur”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir