mektebli

Sovet dövründən yadigar qalan məktəb ləvazimatları – FOTOLAR

Baxış sayı: 147

Biz keçmişi, xüsusi ilə də məktəb illərini nostalji hissi və yüngül qüssə ilə xatırlayırıq.

Azərbaycanda bu gün dərs ilinin başlaması münasibəti ilə “Gencaile.az” Publika.az-a istinadən SSRİ dövründə uşaqların məktəbdə istifadə etdiyi ləvazimatları yada salır.

SSRİ dövründə uşaqlar kalkulyator və digər texniki cihazlardan məhrum idi. Uşaqlar dərs prosesində taxta xətkeşlərdən, hesab aləti, tabaşirdən istifadə edirdi. Analar uşaqlarına saymağı, toplama-çıxmanı hesablayıcı alətin köməyi ilə öyrədirdi.

Lakin texnikanın inkişafı sayəsində kalkulyator yarandı. Bu, bilavasitə dünyanın səkkizinci möcüzəsidir! O, sırf hesablama əməliyyatlarının aparılması üçün yaradılıb. Amma o vaxta qədər uşaqlar hesablamaları beyni ilə aparırdı.

Qələmdanlar isə müasir versiyalardan tamam fərqlənirdi. Yeri gəlmişkən, qələmdanın qapağından xətkeş kimi istifadə etmək olardı. Ümumiyyətlə, bu, çoxfunksiyalı “qurğu” idi. Xüsusilə də varlı şagirdlərin qələmdanları o dövr üçün daha bərbəzəkli idi.

Dəftərlərin üstü isə səliqəli dəsti-xətt ilə seçilməli idi.

Təkcə xətkeşlər deyil, qələmlər və hesab aləti də taxtadan idi.

Akvarellər indi də var. Lakin onlardan tamam başqa ətir gəlirdi.

Qoxulardan söz düşmüşkən, sovet plastilinlərini xatırlamamaq olmaz.

Taxta xətkeşlərlə düz xətt çəkmək praktiki olaraq mümkün deyildi, amma rəsm və rəsmxət üçün məhz belə xətkeşlər istifadə olunurdu.

Pozanlar uşaqların ən çox sevdiyi ləvazimat idi.

Amma hər bir şagird üçün SSRİ-nin əfsanəvi sovet portfeli ən vacib detal idi. Yeri gəlmişkən, bu çanta uşaqlara qışda “xizək kimi  xidmət” göstərirdi.

7 1 2 3 4 5 6




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir