erken nikah

Sovetin naftalin qoxulu adəti

Baxış sayı: 348

2022-ci ildə respublikada erkən evlilik hallarının göstəricilərində artım müşahidə olunub. Bu Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il hesabatında qeyd olunub. Qeyd edilib ki, bu nəticə Statistika Komitəsinin məlumatlarına əsasəndir. Bakı şəhərinin 12 rayonu üzrə şəhər icra hakimiyyətlərinə erkən evliliklə bağlı 34 müraciət daxil olub. Nikah yaşının 1 il azaldılmasına görə 12 rayon üzrə 23 müraciətə baxılıb, hamiləlik, uşağın doğulması və digər üzürlü hesab oluna biləcək səbəblər araşdırılıb. müvafiq sənədlər tələb olunub. Araşdırmaların nəticəsi olaraq 5 müraciət üzrə (Qaradağ rayonu-1, Suraxanı rayonu-1, Sabunçu rayonu-2, Binəqədi rayonu-1) nikah yaşının 1 il azaldılmasına sərəncam verilib.

Yerli rayon icra hakimiyyətlərindən aldığımız məlumata görə, Azərbaycanın 12 iqtisadi rayonu üzrə 269 erkən evliliyin qarşısı alınıb. Qazax-Tovuz (68 erkən evlilik) və Lənkəran-Astara (57 erkən ev- lilik) iqtisadi rayonlarının göstəricilərinə əsasən, bu ərazilərdə daha çox erkən evlilik faktı müəyyən edilib.

Elmir EKBER

Mövzu ilə bağlı psixoloq Elmir Əkbər bildirir ki, erkən nikahlara uşaqları sövq edən insanların böyük əksəriyyəti keçmiş dövrün adamlarıdır:

“Sovet hökumətinin dağılma travmasını  yaşamış şəxslərdir. Bu Azərbaycan təhsil sisteminin nəinki çökdüyü, olmadığı bir dövrə təsadüf edir. Onlar özləri uşaqlarını belə “cahilcəsinə” yönləndirirlər. Eyni zamanda burada iqtisadi problemləri böyüdüb boş yerə yozurlar. Anlamırlar ki, evlilik uşağın sığortası deyil, əksinə onun bədbəxtliyinə zəmin yaratmaqdır.  Çox təəssüf ki, təbliğat aparılmasına baxmayaraq, say durmadan artır. Bunun əsas səbəblərindən biri cəza verilməməsidir. Azərbaycanda erkən nikaha məcbur edənlərə cəza verilmir. İlk növbədə valideynlər cəzalandırılmalıdır. Həmin əraziyə nəzarət edən məsul şəxslər azadlıqdan məhrum olunmalıdır. Çünki erkən nikahlarda təşkil olunan toylarda, nişanlarda iştirak edən insanların hər birinin xəbəri olub.  Bu yaxınlarda, Gürcüstanda azərbaycanlı ailə nigah yaşına çatmayan uşaqlara toy məclisi ediblər. Nəticədə Gürcüstan hüquq sistemi həmin valideynləri həbs edib. Bizdə də bu üsuldan istifadə olunsa, bu sayda azalma olacağı şübhəsizdir. Nikah yaşını 18 yaşına salıblar. Bəzi önəmli hallarda 17 yaşında da edilməsinə icazə verilib. Bu önəmli hallar ondan ibarətdir ki, guya həmin şəxsin anası, atası ağır xəstədir, “ölüm ayağında”dır. Bu da təbii ki, bir bəhanədir. Hətta cinsi münasibətə məruz qalmış bir qız 16 yaşı tamam olubdusa, qarşı tərəf cəzalandırılmır. Bizim hüquq sistemimizdə boşluqlar var.  Onlar aradan qaldırılmalıdır”.

 

Ekspert  qeyd edir ki, nikah yaşı artırılmalıdır:   

erken nikah

“Düşünürəm ki, evlilik yaşı  25-26-dan az olmamalıdır. Çünki 18 yaşında biri evliliyi dərk edə bilməz. Deyirlər ki, kiminsə nənəsi 8 yaşında ailə qurub.  Ola bilsin ki, həmin adamın nənəsinin dövründə insanların ömrü qısa  35 -40 yaş aralığında idi. Ancaq indiki dövrdəki yaşlı insanlar hamısı daha gənc və gümrahdılar. Bir sözlə, insanın ömrü uzanıb, ona görə  yeniyetməlik yaşı da artıb. Hələ bioloji yetişkənlik psixoloji yetişkinlik demək deyil. Bu istiqamətdə ciddi addımlar atılmalıdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir