qrip

Soyuqdəymə zamanı ən yaxşı qida…

Baxış sayı: 555

Soyuq dəymiş orqanizmə ət suflesi və kartof püresi şəklində yeməklər fayda verir.

Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının təsisçisi və baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasovanın sözlərinə görə, orqanizmin immun sistemi kəskin respirator virus infeksiyaları ilə mübarizə apardıqda orqanizmdə toksinlərin toplanması baş verir. Bədənin onsuz da öz imkanları həddində fəaliyyət göstərdiyi bu dövrdə qidanın həzm edilməsi enerji sərf edən prosesə çevrilir. Eyni zamanda, qida orqanizmə qüvvə və bəsləyici maddələr verir ki, bu da immunitetin sonrakı zəifləməsinə mane olur.

Nermine Abbasova

N.Abbasova hesab edir ki, soyuqdəymə zamanı tərkibində vitamin və mikroelementlər olan yüngül yemək ən əlverişlidir. Həkim deyir: “Azca süd əlavə olunmaqla ət suflesi və kartof püresi soyuqdəymə, qrip və ya kəskin respirator virus infeksiyaları zamanı insanlar üçün ən yaxşı yeməklərdir”.

Terapevt əlavə edir ki, orqanizmin qüvvəsini bərpa etməkdə karbohidratlar və yağlar kömək edir. Şəkərsiz sıyıqlar, meyvələr, toyuq bulyonu, ağartı məhsulları – həkim bunları soyuqdəymə zamanı ən yaxşı mənbələr adlandırıb. Soğan və sarımsaq artıq əmələ gələn xəstəlik vaxtı bir o qədər fayda vermir. Soyuqdəymə dövründə şirniyyatdan uzaq durmaq məsləhət görülür, çünki şəkər toksinlərin orqanizmdən çıxarılması prosesini ləngidir. Orqanizmin toksinlərdən daha yaxşı təmizlənməsi üçün daha çoxlu su, çay, kompot içmək məsləhət görülür.

“Xəstə insana duzlu ərzaqlar qəti qadağandır. Duz orqanizmdə mayeni saxlayır, xəstəlik zamanı isə maye bədəndən xaric olunmalıdır”, – deyə mütəxəssis izah edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir