Nermine  Abbasova

Sümük xərçəngi nədir?

Baxış sayı: 463

Tibdə osteosarkoma, el dilində sümük şişi adlı xəstəlik zamanı sümüklərdə və oynaqlarda şişlər görülür. Uşaq və gənc yaşlarda daha çox rast gəlinən bu xəstəlik bəzən adi bir rentgen çəkimi zamanı təsadüfən aşkarlanır. Əksərən xoş xassəli olur, xəstəyə heç bir ağrı, narahatlıq vermir və əlaməti olmur. Lakin bəd törəmələr də ola bilər.

Sümük xərçəngi ilk başda sümük hüceyrələrində baş verən dəyişiklikdən qaynaqlanır. Daha çox ayaq və qollarda özünü göstərir.

Ayaqda dizə yaxın yerdə, diz arxası çökəkdə, qolun çiyin hissəsinda çox yaranır. Nadir halda kürək və çənə sümüklərində də ola bilər.

bel-agrisi

Əsas əlamətləri hansılardır?

Uzun müddətli ağrılar, heç bir maz, ağrıkəsici, müalicənin təsir etməməsi

Şişkinlik, qızartı, ağrı nahiyəsində əllədikdə hiss olunan kütlə, sərtlik, düyünlük,

bununla yanaşı iştahsızlıq, halsızlıq, qızdırma və hərəkətlərdə geriləmə müşahidə olunursa, mütləq rentgen və MRT çəkilməli, onkoloqa müraciət edilməlidir.

BEL

Sümük xərçənginin tipləri:

Multipl miyelom birincili sümük şişidir. Bədxassəlidir. İstənilən sümükdə yaranır və 50 yaşdan sonra üzə çıxır.

Osteosarkoma yeniyetmələrdə, gənclərdə, sümük böyüyən dövrdə, daha çox ayaq, diz nahiyəsində görülür.

Eşinq sarkomu 5-20 yaş arası görülür, geniş, yumşaq kütlə ilə birlikdə sümük yayılması olur. Qabırğalarda da rast gəlinir.

Kondrosarkom 40-70 yaş arasında rast gəlinir. Ayaq və kürəkdə ola bilir.

Metastatik şişlər sümüyədigər orqanların xərçəngi zamanı sıçrayan şişdir. Bu zaman sümüklər nazikləşir, qırılır.

bel

Kimlər risk altındadır?

Çoxunun səbəbi bilinmir, amma kişilərdə, travma alanlarda, gənc yaşda idmanla düzgün məşğul olmayanlarda, sümükləri normadan tez və çox uzananlarda, sümüklərin digər xəstəliklərində əmələ gəlir.

bel

Müalicəsi:

Diaqnoz qoyulan kimi travmatoloq, onkoloq, radioloq tərəfindən dərman kimya terapiya, şüa, orqan qorumaq şansı olan zaman əməliyyatsız müalicə, mümkün olmadıqda həmin sümüyün götürülməsi aparılır.

 

 

Nərminə Abbasova

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir