tort

Türk paxlavası necə hazırlanır? – “ŞİRİN SÜFRƏ”

Baxış sayı: 685

“Gencaile.az” saytı ıinstagram sosial şəbəkəsindəki  “my_ sweet_house_1” səhifəsinə istinadən oxucularımızın görüşünə gələn “Şirin süfrə” rubrikasında bu dəfə sizə türk paxlavasının hazırlanma qaydasını təqdim edir.

 

Lazım olan ərzaqlar:

1 paket Fillo xəmiri və ya hazır yufka (40 ədəd, 380 qr)

300 qr kərə yağı

3 stəkan qoz

Şərbət üçün:

1 st. şəkər tozu

1.5 st. su

yarım ədəd limon suyu

PAXLAVA

Hazırlanması:

Əvvəlcə şərbət hazırlayaq. Şəkər tozu və suyu odun üzərində qarışdıra-qarışdara qayanayana qədər saxlayın. Limon suyunu əlavə edib qarışdırıb odun üzərində bir az da saxlayıb kənara çəkib soyudun. Kərə yağını əridin, qozu ləpə çəkən maşında və ya blenderdə üyüdün. Sobanın listini azca yağlayıb hazır xəmirin bir ədədini sərib qoz səpin. Üzərindən yenə xəmir qoyub ərinmiş kərə yağından sürtüb , digər xəmiri qoyub qoz səpin. Beləcə bir xəmirə yağ, digərinə qoz töküb xəmir qurtarana qədər davam edirik. Ən son xəmirin üzəri boş qalır. Paxlavanı doğrayıb qalan kərə yağını üzərinə, hər tərəfinə gəzdirin. 180 dərəcə isidilmiş sobada 30-40 dəqiqə bişirin. Bir az soyuduqdan sonra üzərinə şərbəti tökün və paxlavalar şərbəti tam çəkənə qədər gözləyib süfrəyə verə bilərsiniz. Bu üsul ilə qonaqlarınız üçün də tez və asan dadlı şirniyyat hazırlaya bilərsiniz.

 

Damaq dadınıza uyğun tortların sifariş olunması üçün aşağıdakı səhifəyə müraciət edə bilərsiniz.

https://www.instagram.com/my_sweet_house_1/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir