menzil -qiymet

Türkiyədəki zəlzələ Bakıda evlərin qiymətinə necə təsir edəcək?

Baxış sayı: 493

“Türkiyədə baş verən zəlzələnin Azərbaycanın daşınmaz əmlak bazarındakı qiymətlərə təsirini bu qədər tez bir zamanda müşahidə etmək mümkün deyil”.

Bunu daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyir.

Ramil osmanli

Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar son günlər Bakıda həyət evlərinin bahalaşması ilə bağlı sosial şəbəkələrdə paylaşımlar edilir.

Məsələyə aydınlıq gətirən ekspert Ramil Osmanlı qeyd edib ki, bahalaşma və ucuzlaşma barədə hələki şərh bildirmək çox tezdir:

menzil

 

“Artıq iki gündür ki, kütləvi informasiya vasitələrində həyət evlərinə tələbat barədə çoxlu müzakirələr gedir. Bununla bağlı suallar həddən artıq çoxdur. Amma daşınmaz əmlak bazarında qiymət dəyişimini 2-3 gün ərzində müşahidə edib nəticə çıxarmaq həqiqəti əks etdirməz. Belə deyim də, məsələn, bir nəfərin evini satışa çıxarıb yüksək qiymət qoyması, ümumilikdə daşınmaz əmlak bazarında qiymət artımının olması anlamına gəlmir. Bunun müşahidəsi üçün bir müddət zaman lazımdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir