DEFNE M

Ürəyi dəfnə yarpağı ilə möhkəmləndirin

Baxış sayı: 435

Dəfnə yarpağı mədə-bağırsaq sistemi ilə yanaşı, ürək-damarlara da müsbət təsir edir. Onun tərkibində olan orqanik birləşmələr qıcıqlanmış bağırsaq sindromunu sakitləşdirir, pozulmuş həzmi bərpa edir. Dəfnədə olan fermentlər həzmi yaxşılaşdırır.

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova deyir ki, diabetlər üçün insulin funksiyasını artırır, hipoqlikemiyanın qarşısını alır. Əsəbi və nevroz olanlar da dəfnə çayı içə bilər. O, stress və təşviş hallarını, yuxusuzluğu müalicə edir. Dəfnə yarpaqlarında olan rutin və turşular kapilyarların divarını möhkəmlədir, zərərli xolesterini salır, əzələ iltihabı ilə mübarizə aparır.

Nermine Abbasova

Mütəxəssis qeyd edir ki, revmatizm xəstələrində iltihabı azaldır. Bu bitki A, C vitaminləri ilə zəngindir.Qanda leykositlərin miqdarını artırır, bununla da immun gücü yüksəldir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir