usaqlar

Uşağınızda yaratdığınız “böyüklük” problemi – VALİDEYNLƏRİN MENYUSUNA

Baxış sayı: 203

İlk uşağınız məktəbəqədər dövrdədir və evinizdə ikinci və ya üçüncü uşağınız da var. Təbii ki, bu vəziyyət ilk uşağınızın uşaqlığının sona çatması demək deyil. Üstəlik, belə hallarda uşağın üzərinə “böyük qardaş” və ya “böyük bacı” kimi məsuliyyətlər yükləmək də olmaz.

usaq

 

Bir çox valideynlər uşaqlarını qardaşına və ya bacısına yaxınlaşdırmaq üçün “Sən indi böyük qardaş oldun” və ya “Sən artıq onun böyük bacısısan” kimi cümlələrdən istifadə edirlər. Onlar bununla uşaqlarının qardaşlarına və ya bacılarına qarşı öz məsuliyyətlərini hiss etmələrini təmin etmək istəyirlər. Başqa bir məqsəd isə uşağın kiçik qardaşını və ya bacısını qəbul etməsini asanlaşdırmaqdır. Ancaq bu cür münasibət müəyyən müddətdən sonra uşaqların “böyüklük” rollarından imtina etmələrinə səbəb olur.

usaqlar

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Digər tərəfdən, uşaq ona qarşı mütəmadi olaraq “böyük qardaş” və ya “böyük bacı” ifadələri istifadə olunduğu üçün uşaqlıqlarını istədikləri kimi yaşaya bilmirlər. Həmçinin, bu rolun məsuliyyəti altında qalmaq onların şəxsiyyət kimi formalaşmasına da mənfi təsir göstərir. Ona görə də, məktəbəqədər dövrdə olan uşaqlara “Sən böyük qardaşsan” və ya “Sən böyük bacısan” kimi cümlələrlə müraciət etməməli, əvəzində onlara daha çox yaxın dost fikri aşılanmalıdır. Beləliklə, həm uşaq məsuliyyət altında qalmaqdan xilas olar, həm də gələcək illərdə qardaşı və ya bacısı ilə münasibətləri daha müsbət olar.

 

Hazırladı: MƏTİN




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir