efsane rustemova

“Üşüməkdən qorxuram” – “NATAMAM”

Baxış sayı: 1. 447

İyun ayı.

Açıq rəngli “vadalaskası” ilə içəri gənc bir xanım daxil oldu.  Yaşıdlarının yüngül geyimlərə keçmək üçün bəhanə axtardığı bir sezonda belə geyinməyinə səbəb xəstəlikdən çox ruh halıdır deyə düşünərkən psixoloq otağında olduğumuzu xatırladım.

– Salam.

– (Başı ilə qarşılıq verib oturdu)

Özlüyümdə ağır depressiv ruh halı yaşayan bir qadının yükünü eşitməyə hazır bir ifadə yaradaraq əyləşdim mən də.

– Ani fəsil dəyişiminə ayaq uydurmaq çətin olur.

– (Başını qaldırıb gözümə zilləndi. ) Ağıllı adamlara nifrət edirəm!

– (Danışdırmağı bacardım. Əsas olan da bu idi, gerisinin önəmi yoxdur) Ən çox zərər onlardan gəlib?

– Danışmasam, əl çəkən deyilsiniz, anladığım qədəriylə.

– Gedişatı mənim təxəyyülümə buraxmamaq nəticə almaq anlamından sənin üçün daha xeyirli olar əlbəttə (gülümsədim)

– Çox da açıq sözlüsünüz. Kaş hamı düşündüyün bütün çılpaqlığı ilə deyə. Cavabsız qalan hər sual insanı necə yaralayırı bildiyim üçün sizi bu müəmmada qoymayacam. Buyurun, soruşun.

– Bu kişi vadalaskasından başlaya bilərik məsələn.

– Çox diqqətlisiniz. Hardan başlamaq lazım olduğunu da çox yaxşı  bilirsiniz. Deməli, analiz qabiliyyətiniz olduqca yaxşıdır. Kaş mən də insanları doğru analiz edə biləydim.

– Peşmanlıqlarla dolu bir münasibəti onun qoxusunu hiss edərək anlatmağın mənim üçün belə yaralayıcıdır. Niyə incidirsən özünü bu qədər?

– İnsan insanın dərdini bu qədər içdən necə duya bilər axı?! Bu necə hissiyyatdır sizdə? Mənə sizi tərifləmişdilər, amma belə gözləmirdim…

– Mənə güvəndiyin üçün təşəkkür edirəm.

– Mən hamıya güvənməyi seçirəm ilk başda, ta ki, onlar məni peşman edənə qədər. Yorulmuşam bu gedişatdan. İnsan nə qədər natamamlıq yaşayar axı?! İnsanların səndən, duyğularından sui-istifadə etməsi necə duyğudur, bilirsinizmi?! Hələ bir də bu insanların arasında duyğusal olaraq daha yaxın olduqların varsa… Mən peşiman olmamaq üçün həyatını donduranlardanam, donduranlardan idim yəni. Əslində yenidən eləyəm. Nəisə, qarışıq oldu bir az.

– Ən çox nə qorxudur səni?

– ÜŞÜMƏK… (deyib hönkürərək ağladı! Vadalaskasını ağzına qədər çəkib hıçqırıq səslərini susdurmağa çalışsa da, ürək döyüntüləri kənardan eşidilirdi.)

– Görəsən, onun bundan xəbəri varmı?

– Demişdim, bəli. “Xahiş edirəm, soyuq olma. Mən üşüməkdən çox qorxuram!” demişdim. O da məni isti bir yay günü tərk elədi… (əlləri ilə koftasının qolların tamamən qapadıb ana bətnindəki uşaq kimi büzüşdü. Başına və bədəninə vurduğu yumruqlardan onu qorumaq üçün həmin gün seansı yarıda kəsib sadəcə onu qucaqladım. Qapı döyülüb növbəti pasient gələndə onu buraxmaamğım üçün məni özünə sıxdı. Yarıda qalmış bütün insanlar kimi tərkedilmə qorxusu yaşayırdı. Ona mənə inanması üçün səbəb yaradıb sakitləşdirdim.

“Əlini tutduğum heç kəsi yarıda qoymamışam mən, özləri sağalıb gedənə qədər…”

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir