aysu Eliyeva

Valideyn-övlad münasibətlərində diqqət edilməli nüanslar

Baxış sayı: 762

Sağlam ailə-övlad münasibətinin təməlində düzgün ünsiyyət dayanır. Bəs düzgün ünsiyyət hansı formada olmalıdır?

– Göz təması quraraq eyni boy səviyyəsinə enmək.

– Həqiqətən dinləmək.

– Səs tonunu nizamlamaq.

-Fiziki təmas qurmaq ( danışarkən onun qoluna, çiyninə toxunmaq).

-Uşaq kimi deyil, yetişkin kimi danışmaq.

– Seçim və qərarlarına hörmət edib, dəstək olmaq.

-Uşağı dinləyərkən başqa işlə məşğul olmamaq, onu gözardı etməmək.

valideyn

Ailədaxili ünsiyyətə təsir edən amillərdən biri də ailə modelləridir. Hansı ki bu modelə müvafiq uşağa yanaşma şəkli fərqli olur və hər modelə müvafiq uşağın xarakteri dəyişir. Təsnifat bu şəkildədir:

  • Avtoritar
  • Demokratik
  • Liberial
  • Xaotik
  • Qoruyucu

VALIDEYN

Avtoritar: Uşağın idarəsini və qərarlarını valideyn idarə edir. Uşaqların azadlıqları məhdudlaşdırılır. Daim valideyn tərəfindən təzyiqə məruz qalan uşaqlar həmişə özünütəsdiqə ehtiyac duyurlar. Özgüvəni zəif və zədəli olur. Özlərini cəmiyyətdə tapa bilmirlər. Cəmiyyətə və mühitə adaptasiya, inteqrasiya olmaqda çətinlik çəkirlər. Özgüvən əksikliyi yaşayırlar.

Demokratik: Ən ideal ailə modelidir. Valideynlər öz övladlarının şəxsi məsuliyyətini və sərbəstliyini təmin edir. Uşaq öz öhdəliklərini başa düşür, problemlərini sərbəst həll edə bilir. Qərar vermə bacarığına sahib olur. Bu ailədə böyüyən uşaqlar özgüvənli uşaqlar olurlar.  Ailə uşağa seçim haqqı verir, fikirlərinə hörmət edir. Ailəvi problemlərin müzakirəsində və həllində onun da fikirləri dinlənilir.

Liberial ailə modeli: Təhlükəli ailə modellərindən biridir. Bu ailədə qayda-qanun, icazə sistemi olmur. Özbaşınalıq hökm sürür. Uşağa qarşı nəzarət, uşağın qayğı və istəklərinə verilən reaksiya zəif olur. Valideynlər uşağın problemi, narahatlıqları ilə maraqlanmırlar. Uşağın müvəfəqiyyəti, uğur qazanmasına görə onları mükafatlandırmırlar. Bu ailədə böyüyən uşaqlar özünü tək, bədbəxt, yetərsiz hiss edər. Yanlış dostluqlar qurar, qrup təsirinə daha çox məruz qalar və narkotik, alkoqol, siqaret kimi pis vərdişlərə daha tez yiyələnər.

Xaotik ailə uşağa yanaşmada aydın və konkret tələblərin olmaması ilə səciyyələnir. Belə tərbiyə tərzində özünə nəzarət və məsuliyyət hissi formalaşmır.  Özünü aşağı qiymətləndirmə, mühakimələrdə yetkinliyin olmaması müşahidə olunur.

Qoruyucu ailə modeli Normadan artıq diqqət, qayğı göstərərək , uşağın ehtiyaclarını özü qarşılayır.  Onun adına bütün qərarları özləri verir, uşağın etməsi gərəkən bütün öhdəlikləri özləri edir. Uşaq öz məsuliyyətini dərk edə bilmir , daim başqasından asılı hala qalır. Və problemi özündə deyil , daim başqasında axtarır.  Belə uşaqlar içəqapanıq, utancaq, məktəb fobiyalı, gecə altını islatma problemi yaşayırlar.

 

Psixoloq Aysu Əliyeva




3 şərh “Valideyn-övlad münasibətlərində diqqət edilməli nüanslar

  1. Kenan Kenan

    Cox maraqla oxudum. Menim kimi cox adam faydali oldu yeqin. Kiminse bu gunu ucun, kiminse geleceyi ucun xeyiri deyer

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir