mehriban nesib

Xəyanət videolarinın gizlin məqsədi – SOSİOLOQ YAZIR

Baxış sayı: 2. 044

Son vaxtlar sosial şəbəkələrdə həddindən artıq yayılmış xəyanət videoları, xəyanət xəbərləri ilə qarşılaşdıqda, düzü, öncə fikir vermədim. Düşündüm ki, təsadüfdir, ancaq sonra qarşıma digər xəyanət videoları çıxdı. Son günlərdə hər kəsin lağ-lağıya çevirdiyi “Abbasın öğlu” videosu və bir də bir müddət əvvəl çox qarşılaşdığımız soyunan qız videoları. Özlərini model və ya müğənni adlandıran bu qızların soyunma videoları bu gün gənclərin ən çox vaxt keçirdiyi sosial şəbəkələrdə çox yayılıb. Ən dəhşətlisi odur ki, bu vodeoları bir çox saytlar, Facebook-un və İnstagram-ın izləyici toplamaq istəyən səhifələrinin çoxu paylaşır.  Bəs gün-gündən sayı artan xəyanət videoları və soyunan “model”lərin gündəmi zəbt etdiyi videolar nə məqsəd daşıyır?! Josef Gebbels (Joseph Goebbels) demişdi ki: “Mənə vicdansız bir media verin, sizə savadız bir cəmiyyət (xalq) verim”. Mən qətiyyən qeyd etmək istəmirəm ki, Azərbaycanda media nümayəndələrinin hamısı vicdansızdır, əsla! Mediadan tanıdığım sonsuz sayda insanlar var ki, onların milliliklərinə heç bir şübhəm yoxdur, hətta deyərdim ki, mən özüm də bir çox milli məsələləri bu insanların bəzilərindən öyrənmişəm, hətta bir çoxları ilə dostluğumuz illərdir davam edir. Yəni məsələ jurnalistika fakültəsini oxumuş, jurnastika sənətinə yiyələnmiş insanlardan getmir; söhbət jurnalistikadan xəbəri olmayan, bu kimi videoların çox izləyici yiğacağını, amma bunların gənclərin tərbiyəsinə təsirini anlamayan, gənclərin düşüncə tərzini məhv edəcəyini dərk etməyən beyninsiz varlıqlardan gedir. Bəlkə heç beyinsiz deyillər, düşündünüzmü?! Bəli, düşünülmüş bir plan. Bu adamlar kimlərinsə düşünülmüş planını həyata keçirirlər. “Azərbaycan gəncini məhv etmək planı”nı adlı planı. Səviyyəsiz xəyanət videolarının bundan artıq məqsədi ola bilməz. Yadımdadır, bir neçə il öncə çox sevdiyim xanım jurnalsit Ülkər Abdullayevanın bir yazısını oxumuşdum. Orda Ülkər xanım xarici ölkərələrin Sovet İttifaqını dağıtmaq üçün hazırladığı plandan yazmışdı. Yazıda deyilirdi ki, Sovet İttifaqını dağıtmaq planına silah, aclıq və xəstəlik daxil deyildi. Bilirdlər ki, sovet insanlını bunlarla yıxmaq olmazdı. Onda belə qərara gəlinir ki, əxlaqsız seriallar harda ki, həyat yoldaşına xəyanət edın qadınlar/kişilər, soyunma və açıq seks və s. olan seriallar çəkilsin və ucuz qiymətə Sovet İttifaqına satılsın. Və beləliklə “Santa Barbara”lar, “Prosta Maria”lar sovetlər ölkəsinə yol acdı və həqiqətən Sovet İttifaqı zamanla dağıldı. İndi görünür sovetləri dağıdan o qüvvələr həmin məsələni ölkəmizdə davam etdirir, amma bunu seriallar yolu ilə deyil, zəmanənin nəbzini tutaraq sosial medialar yolu ilə edirlər və çox təəssüflə qeyd etmək istəyirəm ki, uğurludurlar.

Gənclərin beynini bax beləcə məhv edirlər. Əslində bu videoların yayılmasının arxasında duran gizli məqsəd var: Yəni baxın, Azərbaycan qadınları “xəyanətkardırlar”, həyat yoldaşlarına xəyanət edirlər. Və Azərbaycan kişiləri də “şərəfsizdirlər”, həyat yoldaşlarının xəyanət videolarını cəmiyyətə yayırlar. Bu Azərbaycan ailəsinə olan inamı oldürmək, qadınlarımızı əxlaqsız, kişilərimizi isə qeyrətsiz kimi qələmə vermək.

Bu cür səviyyəsiz videoları, xəbərləri paylaşan səhifələrin arxasında dayanan vicdanlı insanlardan (admin) bir xahişim var: Sizdən xahiş edirəm, səviyyəsiz xəyanət, seks videoları və xəbərlərini paylaşıb Azərbaycanın gələcəyi olan gənclərimizin tərbiyəsini pozmayaq, əksinə, ölkəmizdə və xaricdə təhsil alıb ölkəsinə qayıdıb xalqına xidmət edən, gənc yazar və şairləri, xaricdə və Azərbayncanda yaşayan yaradıcı gənclərimizi, gənc yaşında vətənimizin torpaqlarını düşmənlərimizdən qoruyaraq canların yolumuzda fəda edən gənclərimizi – bir sözlə, xalqımızın mərdlik, qəhrəmanlıq səlnaməsini paylaşın. Gəlin nəinki gənclərimizin tərbiyəsini məhv edək, ruhunu məhv edək. Əksinə onlarda ruh yüksəkliyi yaradaq, onlarin motavasiya edək, ruhunu yüksəldək.

 

  Mehriban Nasib

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir