-7274a60c161702096434609833710066292

Yer kürəsinin açılmayan sirləri – FOTOLAR

Baxış sayı: 420

Nyu Yorkda əbədi alov

Nyu York şəhərinin Çestnat-Ridj parkında qeyri-adi bir şəlalə var. Təbiətin  möcüzəsi olan bu  müəmmalı şəlalənin altında daim  alov yanır. Həmin alov birbaşa şəlalənin altındadır və məhz bu yer qayanın çatlarından çıxan təbii qaz sızıntısının meydana gəlməsi səbəbindən yaranıb. Sirlər ilə dolu bu məkana dünyanın hər yerindən səyyahlar gəlir.

 

Polşadakı əyri meşə

Polşanın şimal-qərbində yerləşən Qərbi Pomeraniyanı ətrafında yerləşən əcaib formalı şam ağaclarından ibarət bir meşə var. Bu meşənin məşhur olmasının səbəbi isə buradakı ağacların maraqlı gövdələridir. Ona görə də bu qeyri-adi meşəni adətən “Əyri meşə” yaxud da “Sərxoş meşə” adlandırırlar.

Bu meşənin tarixi 1930-cu illərdən başlayır. Belə ki, həmin illərdə Almaniya ilə sərhəd bölgəsi olan Pomeraniyada təxminən 400-ə qədər şam ağacı əkilmişdir. 1,7 hektarlıq sahəni əhatə edən meşədə ağacların gövdələri yerdən təxminən 25 santimetr hündürlükdə və yalnız şimal istiqamətində 90 dərəcə əyilir, daha sonra isə yenidən düzləşir. Ağacların bu cür inkişaf etməsinin səbəbini bu günə qədər heç kim bilmir. Maraqlıdır ki, bu meşənin yaxınlığında yerləşən digər bütün şam ağacları tamamilə normal formadadır. Bəziləri ağacları bu yerlərdə əsən güclü küləklərin əydiyini deyirlər. Bəziləri də ağacların belə vəziyyətə düşməsinə insanın hansısa formada müdaxiləsinin də səbəb ola biləcəyini istisna etmirlər. Bu ağacların sırf mebel istehsalı üçün əkildiyini sübut etməyə çalışanlar da var.

Ən maraqlı versiya isə budur ki, deyilənə görə, guya bir seleksiyaçı ağacları ona görə əkib ki, insanlar azmasınlar, yaxud azanda da yolu tapsınlar. Ona görə bütün ağaclar şimala tərəf əyilib. İkinci Dünya müharibəsi seleksiyaçının bu maraqlı ideyasını sona qədər başa çatdırmağa mane olub. Qeyri-adi mühit müşahidə olunduğu əyri meşədə nəzərə çarpan digər qeyri-adi hadisə isə burada quşların yaşamamasıdır. Hal-hazırda əsl turizm məkanına çevrilən meşə təbiət abidələri siyahısına daxil edilib və dövlət tərəfindən qorunur.

EYRI MESE

Taos gurultusu

1992-ci ildə ABŞ-ın Nyu-Mexiko ştatında piano səsinə oxşar bir səs eşidildi. Bu müəmmalı  səsin yayılma sürəti 66 hertz olduğu təsbit edildi.Nyu-Mexikonun Taos şəhərinin Qərbində baş verən və “Taos Hum” adının verildiyi bu fenomendən sonra xəstələnən insanların müalicəsini Nyu-Mexiko Universiteti öz üzərinə götürdü.

Bölgədə davamlı səs mənbəyini müəyyənləşdirmək üçün səs titrəmələrini ölçən həssas avadanlıqdan istifadə edilərək araşdırmalar aparılmışdır. Aparılan araşdırmalar  fərqli tonların və səslərin mövcudluğunu göstərsə də,lakin bu səslərin nə  səbəbdən baş verdiyi hələ də dəqiq müəyyənləşdirilməyib.

 

Norveçdəki Hessdalen  işıqları

Bu işıqlar ilk dəfə 1940-cı ildə Norveçin Hessdalen vadisində müşahidə olunmuşdur. Amma 1981-1984-cü illərdə onun görünməsi bir qədər intensivləşmişdir, yəni, həftədə 15- 20 dəfədən  bir qədər çox. Hal-hazırda zaman- zaman izlənilə bilən bu hadisə “Hessdalen işıqları” adlanır. Ancaq bu hadisənin nə səbəbdən baş verdiyi hələ də  məlum deyil.

Bu işıqların elmi bir izahı yoxdur, nəticədə bir çoxları bu işıqların yad kosmik gəmilərin fəaliyyətindən qaynaqlandığını təxmin edirlər.

ISIQ

İslandiya elfləri

İslandiya vulkanları və buzlaqları ilə yanaşı,  şəxsiyyəti formalaşdıran zəngin folkloru və   miflər ilə dolu  tarixçəyə malik olan ölkələr sırasındadır.

Heç bilirdinizmi ki, İslandiyada yaşayan insanların təxminən yarısı sirli varlıqlar olan elflərin mövcud olmasına inanırlar. Onların düşüncələrinə görə, İslandiyada  ölçüsü bir neçə santimetrdən az qala insan boyuna qədər olan 13 növ elflər var. Həmin  elflər İslandiyanın vulkanik mənzərəsində tez-tez rast gəlinən nəhəng qayalarda yaşayırlar ki, insanlar onları keçib narahat edə bilməsinlər. Onların köhnə geyim tərzi ilə seçildikləri deyilir. Deyilənlərə görə, həmin elflər  fərqli rəngarəng papaqlar və ya qıvrımaqollu ayaqqabılar geyinirlər.

İslandiyada yeni magistral yollar inşa edən inşaat qrupları tez-tez elflərin yaşadıqları deyilən qayalardan uzaq dururlar. Buraya  gələn qonaqlar isə İslandiya  elflərini “Gizli xalq” adlandırırlar.

-125c0e94161702104132869288910142596

Bermud üçbucağı

Bermud üçbuçağı Atlantik okeanın şimalında Florida, Bermud adaları və Puerto-Rikonu birləşdirən şərti xətlərin əhatə etdiyi üçbucaq ərazidir. Təqribən yarım milyon kvadrat mil sahəni tutur. Bermud üçbucağı burada çoxlu itmiş obyektə görə sirli yer və anormal zona sayılır. “Şeytan üçbucağı” və ya” Şeytan dənizi” kimi tanınan Bermud üçbucağı okeanın təqribən yarım milyon kvadrat mil (1.2 milyon km2) sahəsini tutur. Bu sahə gəmilərin, qayıqların və təyyarələrin itdiyi yüksək qəza bölgəsi kimi qeyd edilmişdir. Bermud üçbucağı kütləvi informasiya vasitələrinin təqdimatında naməlum fizika qanunlarının etibarlı olduğu və ya fizika qanunlarının işləmədiyi qeyri-adi bölgə kimi məşhurlaşmışdır. Bu üçbucaqda bir çox təyyarə və gəmilərin qeybə çəkildiyi kimi bir inanc olduğu halda, ABŞ və bir çox digər dövlətlərin statistikaları bu cür qəzaların digər səyahət bölgələrində də çox olduğunu təsdiq edirlər.

Qeyd edək ki, Bermud üçbucağının tarixçəsi  1946-ci ildən  amerikalı yazıçı Vincent Qaddisin müəmmalı şəkildə itən ABŞ hərbi donanmasına məxsus 5 Flight-19 bombardumançı təyyarələnin itməsi haqqında yazdığı məqalənin dərc edilməsi ilə başlıyır.

 

Perunun Naska xətləri

Perunun cənub hissəsində yerləşən  Yer üzündəki müəmmaların ən böyüklərindən biri Naska şəkilləridir. Burada  30-a qədər heoqlif rəsmlər (quş, meymun, hörmçək, güllər və s.), həmçinin 13 min xətt və 700-ə qədər həndəsi fiqur şəkilləri (əsasən üçbucaq və trapezlər, yüzlərlə spirallar) var. Üçbucaqlar, düz xətlər, kəsişən xətlər və heyvan şəkilləri təxminən e.ə 650-400-cü illər arasında daşların yerlərindən sökülməsiylə düzəldilmişdir. Ümumiyyətlə, bu cizgilərə “İnka” yolları adı verilib, Lakin bu bir fiziki yalnışdır, çünki bu yollar heç bir yerə aparmır. 1939-cu ildə bir təyyarədən kəşf edildikdən sonra bunların şəkil olması öz təsdiqini tapıb. Yerdən baxdıqda normal torpaqdan seçilməməsinə baxmayaraq, havadan baxıldıqda bu cizgilər bizlərə sanki nə isə göstərir. Qüsursuz dəqiqliklə çəkilən bu cizgilərin bəziləri, hətta kilometrlərlə dağlarla təpələrlə uzanır. Həndəsi şəkillərin qüsursuz dəqiqliklə çəkilən küncləri var. Həcmlərinə görə ancaq çox yüksək məsafədən görünən bu simvollar özündə əsasən, heyvan və bitkilərin böyük təsvirini birləşdirir. Qədim astronavtlarla bağlı nəzəriyyə olan paleokontakt üzrə bir çox mütəxəssislərin fikrinə görə, bu fiqurlar kosmik gəmilər üçün eniş meydanı funksiyasını daşımışdır. Yadplanetilərin axtarışı ilə məşğul olan yazıçı Erix fon Deniken iddia edib ki, Naska yaylasındakı xətlər qədim aerodrom rolunu oynamaqla yanaşı, yadplanetliləri  qarşılamaq üçün bir vasitə olub.

 

Samirə Tağıyeva

IZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir